Rusiya prezidenti Vladimir Putin aldığı qərarla general-mayor Aleksandr Matovnikovu özünün Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edib. Generalın təcrümeyi-halına baxdıqda əmin olmaq olar ki, Putinin Qafqazla bağlı nəsə bir xüsusi narazıçılığı var. Bu vəzifəyə əsas etibarı ilə passiv vəzifədə olan hərbiçilər təyin edilirdi. Sonuncu nümayəndə vitze-admiral Oleq Belaventsevdə rus dəniz donanmasında xidmət keçmiş bir hərbçi idi. Ancaq Matovnikov hər 2 Çeçenistan müharibəsində iştirak etmiş, uzun illər FTX sistemində çalışmış və burada ''A'' Xüsusi Təyinatlı Dəstəsinin komandiri olmuşdur. Daha sonra isə Müdafiə Nazirlik sisteminə gətirilərək Silahlı Qüvvələrinin Baş Əməliyyat İdarəsinin rəisi təyin olunmuşdur. O, Putinin ordu içində xüsusi önəm verdiyi generallardan biri olmuş və adı tez-tez dövlət təltiflərinə salınmışdır. Putinin gözlənilməz halda uzun illər rus polisində çalışmış və burada Daxili işlər nazirinin 1-ci müavinliyinəcən yüksəlmiş Vladimir Vasiliyev kimi önəmli bir əməliyyatçını Dağıstana rəhbər göndərməsindən sonra Matovnikovu da Qafqaza göndərməsi Kreml rəhbərinin Şimali Qafqazın təhlükəsizliyindən son dərəcə narahat olduğuna işarə edir.
Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun kordinatoru Zeynalabid Əmrəliyev