Köçəryanın həbsi Rusiyanın Ermənistanda və bütün Cənubi Qafqazda təsirinə təhlükəli zərbədir ÖZƏL

Analitika 11:44 31.07.2018

Oleq Kuznetsov,

Rusiyalı politoloq və tarixçi,

özəl olaraq Eurasia Diary üçün

Son zamanlar Ermənistanda baş verən qalmaqallı xəbərlər Rusiyaya beynəlxalq arenada təkcə lokal və ya regional səviyyədə deyil həm də qlobal miqyasda ciddi zərbə vurur.

İyulun 27-də Ermənistan Respublikasının sabiq prezidenti Robert Köçəryan “hakimiyyətdən sui-istifadə” maddəsinə görə həbs olundu. Həmçinin, o zaman İrəvan qarnizonunun rəisi vəzifəsini icra edən KTMT-nın hazırki baş katibi Yuriy Xaçaturova qarşı analoji ittiham irəli sürüldü.  

Bu qanlı cinayət Ermənistan hakimiyyəti və cəmiyyətini məyus etdi və Robert Köçəryanın rəhbərliyi altında fəaliyyət göstərən Dağlıq Qarabağ separatçıları arasında olan beynəlxalq terrorçuların ölkədə hakimiyyətə keçməsinə şərait yaratdı. Köçəryanın prezidentlik müddəti başa çatdıqdan sonra Ermənistanda növbəti seçkilər keçirilməli idi. Bu zaman müxalifət Sarqsyanın “Qarabağ klanı”nın alternativ nümayəndəsi olaraq ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın namizədliyini irəli sürdü. Tərəfdarlarının sözlərinə görə Ter-Petrosyan seçkilərdə qalib gəlmişdi, lakin Köçəryan-Sarqsyan birləşməsi öz namizədinin qalib gəldiyini elan etdi və bu da kütləvi etirazlara səbəb oldu. Həmin vaxt Ermənistanın hazırki baş naziri Nikol Paşinyan Ter-Petrosyanın yaxın əhatəsində idi və küçə etirazlarına rəhbərlik edirdi. O həbs olunaraq yeddi il müddətinə azadlıqdan məhrum edildi,  dörd ildən sonra amnistiya tətbiq olunaraq azad olundu.

Rusiya və erməni mətbuatının rusdilli hissəsi və onun ardınca bəzi Azərbaycan nəşrləri Köçəryanla bağlı məhkəmə qərarını Paşinyanın şəxsən Köçəryana qarşı “hesablaşma”sı, “qisas” kimi xarakterizə etməklə tələsikliyə yol verdilər. Hadisələrin bu cür verilməsi ancaq bir geosiyasi subyektə - Kremlə və şəxsən onun prezidenti Vladimir Putinə lazımdır. Ancaq erməni ədalət məhkəməsinin əlində olan Robert Köçəryan Rusiyanın regionda təsirinin “ən zəif bənd”inə çevrildi və onun səhnədən götürülməsi rus-erməni müqavilələrinin və razılaşmalarının pozulması ilə nəticələnə bilər.

Bir çox siyasətçilər və jurnalistlər Köçəryanın həbsi və Xaçaturovun azadlığına məhdudiyyətin qoyulmasını Paşinyan siyasətinin səhfi hesab edir. Belə ki, bu Rusiya və Ermənistan arasında açıq qarşıdurmaya səbəb olan bir addımdır. Lakin bu ilk baxışdan belə görünür. Əgər məsələyə dərindən yanaşsaq, Paşinyanın Kremlin bu və ya başqa şəkildə Ermənistanda təsirini bərpa etmək üçün istənilən cəhdinə qarşı çox sayda arqument qazanıb.

Birincisi, Moskva Ermənistandakı proseslərə oradakı ictimai fikiri yox hesab etməklə həmişə yerli kriminal strukturlar vasitəsilə təsir göstərib. İndi isə hakimiyyətə gələn populistin qarşısında gücsüz qalıb.

Hadisələrin bu cür gedişatı erməni Qriqorian kilsəsinə də sərf edir. Belə ki, ermənilərin apostol adlandırdıqları bu kilsədə ictimai fikri nəzərə almamaqla Rusiya yönlü yepiskop və arxiyepiskopların yerinə “Qnçak” partiyasına rəğbət bəsləyən qərbyönümlü şəxslər keçə bilər.

İkincisi, KTMT-nın baş katibi Yuriy Xaçaturov barədə cinayət işinin açılması və azadlığına məhdudiyyət qoyulması ilə Rusiya rəsmi İrəvana hərbi-siyasi təsir etmək imkanından məhrum oldu. Xaçaturov yenidən seçilən və nəzarətə götürülən kimi Ermənistan silahlı qüvvlərində baş katibliyində və zabit heyətində təmizləmə işi aparılacaq və bundan sonra erməni ordusunda Rusiya təsirinə son qoyulacaq.

Üçüncüsü, Köçəryanın həbsi Rusiyadakı Kreml yönümlü erməni diasporasının təsirini təmamilə neytrallaşdıracaq. Rusiyadakı erməni biznesinin bir hissəsinə 2000-ci ildən şəxsən Robert Köçəryan nəzarət edirdi. Ermənilər arasında o yeganə şəxsdir ki, nə qədər pul aldığını, nə qədərini qaytardığını, özünə nə qədər saxladığını bilir. Bu biznes Rusiyaya qlobal böhran və beynəlxalq sanksiyaların olduğu bir dövrdə milyard dollarlarla faizsiz kredit verirdi. Rusiyadakı erməni diasporası bu cür bəslənirdi və o da öz növbəsində Ermənistanda “Qarabağ klanı”nı dəstəkləyirdi.

Tezliklə rəsmi İrəvanın Rusiyadakı erməni diasporasının birinci şəxslərini şantaj etmək üçün çox sayda məlumatlar əldə ediləcək. Nəticədə Köçəryanın həbsi ilə erməni diasporasının Ermənistan siyasətinə təsirinə son qoyulacaq.

Aydındır ki, Ermənistanda populist siyasi rejimin varlığı üçün yeganə şərt Paşinyanın ölkə daxilində “qarabağ klanı”na 18 il rəhbərlik etmiş Köçəryan və Sarqsyan və onlarla əlaqəli rus təsiri ilə mübarizə aparması olacaq. Bir neçə ay sonra bu iki personaj günahlandırılandan mühakimə olunana və daha sonra məhkuma çevriləcəklər.

İndi isə ən əsası, “Qarabağ klanı” Ermənistanda hakimiyyətə 2008-ci ildə deyil, 1999-cu ilin noyabrında Ermənistan Milli məclisində törədilmiş qırğından sonra gəlib. Əgər Paşinyan və onun tərəfindən yaradılmış istintaq qrupu Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı qruplaşmasının səhra komandirlərlərinin nəslinə son qoymaq istəyirsə məhkəməsiz və istintaq olmadan ölkəni idarə edən şəxslərin 18 il öncə törətdiyi terror hadisəsinə qayıtmalı olacaq. Və istintaq prosesində belə bir sual ortaya çıxacaq, həmin cinayətin sifarişçisi kim olub?

Ermənistan xüsusi xidmət orqanları ABŞ-ın MKİ və FTBdə çalışan həmkarlarının dəstəyilə Köçəryandan sadəcə “rus” deyil, məhz “kreml” izi, ən ideal variantda isə o zaman Rusiya FTX-nin direktoru kimi çalışmış Vladimir Putinin əmri barədə məlumat almaq üçün bütün vasitələrdən istifadə edəcəklər. Əgər sübut tapılmasa Köçəryan istənilən halda Rusiya və Ermənistanın elitasını əlaqələndirən “gizli diplomatiya”, siyasi və maliyyə hiylələri barədə danışacaq. Bundan sonra ayrı-ayrı  vəzifəli şəxslərin şantajından Rusiya prezidentinin impiçmentinin elan olunmasına səbəb olacaq qlobal siyasi qalmaqala kimi ən müxtəlif variantlar mükündür.

Bundan sonra “qisas” və “hesablaşma”dan söhbət gedə bilməz. Burada qlobal geosiyasət amili var.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı