Moskva İrəvana “dişini” göstərdi şimaldan rəsmi hədə

Analitika 09:25 02.08.2018

Rusiyanın baş diplomatı vassalın ünvanına sərt danışdı, Köçəryana azadlıq istədi; Lavrov: “Ermənistanın yeni rəhbərliyi öz vədlərinə əməl eləmir”; meydandan hakimiyyətə gələn Paşinyan isə təzədən xalqı meydana çağırdı – əsas hədəf...

Ermənistanda inqilab sonrası anti-Rusiya isteriyası, daha doğrusu, şousu davam edir. Əlbəttə, bunun Kremli şantaj edib ondan daha böyük güzəşt, maliyyə və hərbi resurs qoparmağa yönəlik oyun, təzyiq vasitəsi olması da istisna deyil. Lap dəqiqi, birinci hədəf elə budur. Yoxsa hansı ağıllı, müdrik üstündə oturduğu budağı kəsmək fikrinə düşər? Bunu Moskva da yaxşı bilir. Di gəl ki, erməni erməni olmazdı, əgər ənənəvi məkri və riyakarlığına sadiq qalmasaydı, nankorluq etməsəydi, ona yaxşılıq və kömək edəni əqrəb xisləti ilə sancmasaydı.

Hücumlar isə ən əvvəl Gümrüdəki 102 saylı Rusiya hərbi bazasına yönəlib. Artıq Ermənistanda facebook sosial şəbəkəsi vasitəsilə bazanın ölkədən çıxarılması haqda çağırışların tirajlanmasına başlanıb (axar.az). Bu barədə məlumatı “EurAsia Deyli” saytı yayıb. Sayt məlumatı tirajlayanların 102-ci bazanın çıxarılmasına əsas səbəb kimi onun “Ermənistanın maraqlarına xidmət etməməsini göstərdiklərini” bildirib.

Maraqlı məqam isə məlumatların facebook-da əsas mənbə olaraq eyni səhifədən yayılmasıdır. Belə ki, həmin səhifənin “Soros” Fondunun keçmiş əməkdaşı Daniyel İonisyan və ölkədə LGBT haqlarının aktiv təbliğatçısı Karpis Paşoyana məxsus olduğu müəyyən edilib. İonisyan “Soros” Fondunda çalışdıqdan sonra hökumətdə özünə yer edib və hazırda Ermənistan baş nazirinin müavini Ararat Mirzoyanın rəhbərliyi altında Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı yaradılan komissiyanın fəaliyyətini koordinasiya edir.

Lavrov ile ilgili görsel sonucu

Paşoyana gəlincə isə o, həm də uzun müddət Ararat Mirzoyanın mətbuat katibi kimi çalışıb. Bildirilir ki, A.Mirzoyan amerikalılarla geniş iş təcrübəsinə malikdir. 2012-2013-cü illərdə o, ABŞ Dövlət Departamentinin dəstəyi ilə təşkil edilən Seçki Sistemləri Beynəlxalq Fondu proqramına rəhbərlik edib.

*****

Moskva sözsüz ki, öz satellitinin davranışlarını, xüsusən də 1 mart 2018-ci il hadisələri ilə bağlı aparılan istintaqı, həbsləri diqqətlə izləyir. Artıq forpostun davranışları, deyəsən, Kremlin səbir kasasını daşırmaq üzrədir. Belə ki, Rusiya XİN başçısı Sergey Lavrov “Rus NATO-su” kimi tanınan KTMT-nin baş katibi, general Yuri Xaçaturova qarşı cinayət işinin açılmasına verdiyi reaksiyanın ardınca sabiq prezident, Rusiya ilə bağlı böyük sirlər daşıyan Robert Köçəryanın həbsinə də münasibət bildirib. Ancaq bu dəfə reaksiya kifayət qədər sərt olub. Moskva faktiki, Köçəryana azadlıq istəyib.

ermənistanda ile ilgili görsel sonucu

“Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”, - deyə Lavrov Putinin adından bəyan edib. “İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu, həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən çox vacibdir”, - deyə rusiyalı nazir vurğulayıb.

“Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”, - baş diplomat əlavə edib.

*****

Robert Koçəryan ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, iyulun 26-da İrəvan Şəhər Məhkəməsi Robert Koçəryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Həmin gün Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Eks-prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən dinc etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

paşinyan ile ilgili görsel sonucu

Ondan əvvəl isə Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan eyni cinayət işi üzrə konstitusion quruluşun devrilməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib. Ermənistan Xüsusi İstintaq Xidməti həmçinin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, Rusiyaya sadiq adamlardan sayılan Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Lakin məhkəmə onu girov qarşılığında zaminə buraxıb.

*****

kreml ile ilgili görsel sonucu

Moskvanın İrəvana “diş göstərməsi” şübhəsiz ki, ilk növbədə baş nazir Nikol Paşinyana ünvanlanıb. Paşinyan isə bu arada xalqı yenidən İrəvanın mərkəzi meydanına toplaşmağa çağırıb. Bu barədə o, öz facebook səhifəsində çağırış edib. “Baş nazir olmağımın 100 günü tamam olur. Təklif edirəm ki, 17 avqust 18:30-da Respublika Meydanında böyük mitinq keçirək. Bu, çox vacib tədbirdir. Hər birinizin iştirakı vacibdir” - o bildirib.

Şübhə yox ki, mitinq Paşinyana həm də Moskvaya “yumşaq güc” nümayişi üçün gərəkdir. Yəni erməni baş nazir bununla göstərmək istəyir ki, xalq inqilabçı baş naziri və onun addımlarını, həyata keçirilən həbsləri dəstəkləyir, reytinqi də yüksək olaraq qalır, bir sözlə, xalq onun arxasındadır.

Ancaq bəs erməni xalqının arxasında kimdir və həmin güc - Rusiya kənara çəkilsə, nə(lər) olar? Ermənistanın taleyi ilə bağlı əsas sual da budur... 

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı