KTMT-yə qoşulmaq Azərbaycan üçün 27 illik mübarizənin üstündən xətt çəkmək olar ÖZƏL

Analitika 15:22 12.09.2018

Asatanada Türkiyə, Rusiya və İran arasında keçirilən zirvə görüşündən bu yana Azərbaycanın sərhədlərində yeni bir ittifaqın rüşeymləri atıldı. Azərbaycanla həmsərhəd olan üç dövlət siyasi və hərbi əməkdaşlıqda qərarlı olduqlarını açıqladılar. İdlib probleminə qədər isə tərəflər Suriyada demək olar ki, ortaq siyasət yürüdürdülər. Hal-hazırda qismən anlaşılmazlıqlar mövcud olsa belə üç dövlətin silsilə keçirilən zirvə görüşləri və xüsusən də Rusiya ilə Türkiyə arasında “S-400” barədə razılaşmanın əldə edilməsi, həmçinin, hər üç dövlətə qarşı ABŞ-ın sanksiyalar tətbiq etməsi bu dövlətləri bir hərbi-siyasi ittifaqda birləşməyə sövq edir. Lakin bu məsələdə bizi ən çox düşündürən məqam Azərbaycan sərhədlərində bir növ “anti-ABŞ koalisiyası” yaratmağa çalışan region dövlətlərinin yeritdiyi bu siyasətin Azərbaycana və onun daxili və xarici siyasətinə təsirinin necə olacağıdır.

Image result for ilham əliyev rusiya

Related image

Azərbaycan xarici siyasətində həm Türkiyə, həm də Rusiya xüsusi önəm daşıyan müttəfiq respublikalar statusundadır. Azərbaycan hər iki dövlətlə sıx əməkdaşlıq edir. İran heç vaxt Azərbaycana qarşı səmimi bir müttəfiq olmasa da son dövrlər xüsusən İlham Əliyevin səyləri nəticəsində İranla əlaqələr yaxşılaşdırılmışdır.

Image result for ilham əliyev iran

Azərbaycan hər üç dövlətlə sıx əməkdaşlıq etsə də onun üçün ən önəmli məsələ Qarabağ problemidir. Azərbaycanın bu vacib problemin həlli üçün atmalı olduğu ən əsas addım bloklara qoşulmadan balansı qorumaq və hər qütblə əməkdaşlıq etməkdir. Amma Azərbaycan sərhəddində yaranmaqda olan üçlü ittifaq istər-istəməz Azərbaycanın qərblə, xüsusən də ABŞ-la olan əlaqələrinə mənfi təsir göstərəcək. Bəs Azərbaycan bu elan edilməmiş münaqişədə hansı tərəfi dəstəkləməlidir və ya Azərbaycana bu seçimi etmək imkanı verilirmi?

Qeyd etmək lazımdır ki, Azərbaycan geostrateji cəhətdən trampon ölkədir və qərblə şərqi birləşdirən nəqliyyat-kommunikasiya sistemi üzərində yerləşir. Bunu ona görə qeyd edirəm ki, sadəcə bu fakt Azərbaycanı indiyə qədər bloklardan uzaq tutub. Azərbaycan heç bir blokun üzvü deyil və olmamalıdır. Lakin son dövrlər regionda baş verənlər Azərbaycanı da bloklaşmaya yaxınlaşdırır. Azərbaycan böyük güclərin arasında qalmamaq üçün onları birləşdirməlidir. Bu isə təbii ki, enerji və digər layihələrlə mümkündür. Yəni, Azərbaycana  seçim imkanını öz coğrafiyası verir.

Azərbaycan sərhəddində müvəqqəti yaranmış üçlü ittifaq ABŞ-ın da diqqətini çəkir. Həm ABŞ-ın, həm də digər qərb dövlətlərinin Azərbaycanda ciddi maraqları var. Və qərb dövlətləri Azərbaycanı heç cürə şərq blokunda görmək istəmirlər.

Azərbaycan “böyük güclərin savaşında” balansı qorumaq üçün sadəcə bitərəf olmalı və böyük dövlətlərin maraqlarına qarşı diqqətli davranmalıdır. Bu Azərbaycana hər iki tərəfdən təzyiqlərə səbəb ola bilər, lakin Azərbaycanın hər hansısa bloka qoşulması daha ciddi təhlükəni özündə ehtiva edir. Azərbaycanın balanslı siyasəti üçün bir neçə dövlət qarant rolunu oynayır. İsrail, Türkiyə, Pakistan, Qazaxıstan və Fransa kimi dövlətlər Azərbaycanın balanslı siyasətində hər iki qütbə yaxınlığını təmin edən və hər iki qütblə koordinasiyanı təmin edən çox önəmli müttəfiqlərdir. Məsələn, İsrail Azərbaycan üçün ABŞ-la, Fransa Avropa Birliyi ilə, Pakistan İKT ilə, Türkiyə NATO ilə, Belarusiya, Qazaxıstan isə Rusiya və KTMT ilə əməkdaşlıq üçün “açar dövlətlərdir”. Azərbaycan bu “açar dövlətlərlə” əməkdaşlığı intensivləşdirməklə balanslı siyasətini davam etdirə bilər.

Image result for ilham əliyev Nato baş katibi

Yerli mətbuatda son günlər müxtəlif politoloqlar Azərbaycanın KTMT-yə və yaxud regionda yarana biləcək bir bloka qoşulacağı barədə fikirlər ifadə edirlər. Qeyd etməliyəm ki, nəinki bu fikirlərin reallaşması, hətta səsləndirilməsi belə ölkəmiz üçün baş ağrısına çevrilə bilər. Azərbaycanın KTMT-yə inteqrasiyası ehtimalında Azərbaycan ən əsas məsələ olan Qarabağ münaqişəsini öz mənafeyi əsasında həll edə bilməyəcək. Çünki, Ermənistan da KTMT üzvüdür və o Rusiyadan asılı vəziyyətdə olsa beləbirbaşa bütün Qarabağın əlindən çıxması versiyası ilə heç cür razılaşa bilməz. Burada ən yaxşı halda 7 rayon Azərbaycana qaytarılacaq və Azərbaycan-Ermənistan sərhəddində rus qoşunları yerləşdiriləcək. KTMT-yə daxil olmaq həm də Azərbaycanın müstəqil xarici siyasəti üçün ciddi əngəl törədəcək. Belə vəziyyətdə Azərbaycan neftinin dünyaya ixracında da ciddi problemlər yarana bilər. Yəni ki, istənilən halda Azərbaycanın KTMT-yə inteqrasiyası 27 illik bir mübarizənin və əldə edilən böyük uğurların üstündən xətt çəkmək anlamına gələcək.

Azərbaycanın qərbə inteqrasiyası enerji layihələri istiqamətində çox böyük irəliləyiş ilə müşahidə olunsa da qərblə hərbi-siyasi əməkdaşlıq məsələsində ciddi nəaliyyət əldə olunmamışdır. Bu gün Azərbaycan-NATO arasında “Sülh Naminə Tərəfdaşlıq” proqramından başqa istiqamətdə əməkdaşlıq aparılmır. Azərbaycanın NATO-ya yaxın gələcəkdə inteqrasiyası da gözlənilən deyil. Çünki, NATO-ya inteqrasiya sərhəddə yerləşən Rusiya və İran ilə qarşı-qarşıya gəlmək deməkdir. Bu isə regionda hal-hazırda Azərbaycanın lehinə olan qüvvələr balansının dəyişməsini özündə ehtiva edir. Bütün bunları nəzərə alaraq yuxarıda qeyd etmişik ki, Azərbaycan üçün bloklara qoşulmaq ən təhlükəli addımdır. Azərbaycan yeritdiyi balanslı siyasətlə öz ərazisini və regionu böyük güclərin münaqişə meydanından əməkdaşlıq və qarşılıqlı mənfəət mərkəzinə çevirməlidir.  Həmçinin, Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunur ki, Azərbaycan öz ərazisində heç bir qurum və ya dövlətin hərbi bazasının yaradılmasına icazə verməyəcək. Bu prinsip fikrimcə, Azərbaycanın dövlət müstəqilliyinin hüquqi təminatıdır və Azərbaycan xarici siyasət strategiyası da bu prinsipə əsasən qurulmalıdır.

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı