Paşinyan niyə Azərbaycanın 7 rayonunu qondarma "DQR"-nın tərkib hissəsi elan etdi? - Oleq Kuznetsov cavab verir | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə axşamı


Paşinyan niyə Azərbaycanın 7 rayonunu qondarma "DQR"-nın tərkib hissəsi elan etdi? - Oleq Kuznetsov cavab verir

Analitik Mərkəz A- A A+

Moskvaya səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan "Kommersant" qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağın "konstitusiyası"na görə, Azərbaycanın yeddi rayonunun qondarma "DQR"-nın ərazisi olduğunu bildirib.

Xatırladaq ki, Moskvada erməni iş adamları ilə görüş ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, qondarma "DQR" gələcəkdə Ermənistan ərazisinin tam hüquqlu tərkib hissəsinə çevrilməlidir.

Paşinyanın Qarabağla bağlı bu cür gurultulu və ziddiyyətli bəyanatını necə izah edə bilərsiniz?

Tarixçi Oleq Kuznetsov Eurasia Diary-nin bu sualına cavab verib.

"Paşinyanın aldığı təhsil və tərbiyəsini nəzərə alsaq, o hər hansı maliyyə məsələlərini həll edə bilmək iqtidarında deyil. Beləliklə, o iqtisadiyyatdakı qeyri-peşəkarlığını siyasətdəki ekstremizmlə əvəz edir. Dövlətlərarası münasibətlərin qurulmasında real intellektual bilik səviyyəsi olmadığından suyun üzündə qalmaq üçün bəzi siyasi ziddiyyətləri kəskinləşdirməyə çalışır. İşğal altındakı Azərbaycan torpaqları onu özünə daha inamlı edən siyasi mövzudur".

"Azərbaycan rəhbərliyi bu mənada daha dərin düşünür. Azərbaycan öz maraqlarına yönəlik bir siyasət yürütmüşdür və Rusiya ilə onun Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyindən asılı olmayaraq əlaqələr qurmuşdur", - deyə Kuznetsov bildirib.

Natalya Quliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...