"Düşənbə görüşləri bir daha göstərdi ki, MDB-nin gələcəyi yoxdur" ÖZƏL

Analitika 12:50 29.09.2018

28 sentyabrda Tacikistanın paytaxtı Düşənbədə MDB-nin Zirvə Toplantısı keçirilib. Toplantı bir çox amillərə görə MDB ölkələrinin mətbuatında böyük əks-səda yaradıb. Düşənbə zirvəsinin keçirilmə səbəblərini, burada müzakirə olunan məsələləri, qəbul edilən qərarları və müşahidə olunan ziddiyətləri araşdıraraq bu zirvə görüşünü təhlil etməyə çalışdıq.

Görüşün əsas məqsədi 2019-cu ildə keçiriləcək zirvə görüşünün dəqiq tarixini və yerini müəyyən etmək, regional təhlükəsizlik və asayişin qorunması, həmçinin MDB dövlətləri arasında təhlükəsizlik məsələsində əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra vacib məsələləri müzakirə edərək yekun qərarlar vermək, bir neçə ortaq mədəni və tarixi hadisələri qeyd etməkdən ibarət idi.

Lakin zirvə görüşü bunlarla deyil, bir sıra ziddiyət yaradan məsələlərlə yadda qaldı. Beləki, hələ Düşənbə görüşü başlamadan əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdimuxammedovun zirvəyə qatılmayacağı haqda xəbərlər yayılmışdı. Demək olar ki, hər kəs zirvə görüşündə Berdimuxammedovun iştirak edib-etməyəcəyini müzakirə edirdi. Və dünən MDB üzvü olan bütün dövlət rəhbərləri orada olsada Türkmənistan prezidenti görüşə gəlməmiş, onun yerinə Türkmənistanın baş nazirinin müavini Purli Aqamıradov zirvə toplantısında öz ölkəsini təmsil etmişdir.

Türkmənistan prezidentinin zirvə görüşündə iştirak etməməsi regional mətbuatda böyük rezonansa səbəb oldu. Biz də türkmən mətbuatını araşdıraraq Berdimuxammedovun gəlməməsinin səbəblərini araşdırdıq. “Radyo Ozodi”-nin məlumatlarına görə Berdimuxammedov Nyu-Yorkda keçirilən BMT zirvəsinə qatılmaq üçün ABŞ-a rəsmi səfər etmiş və bu səbəbdən Düşənbə görüşlərində iştirak etməmişdir. Yerli analitiklər isə bunun əsas səbəbinin son günlər Tacikistan və Türkmənistan arasında yaşanan “tır problemi” olduğunu qeyd edirlər.

Türkmənistan tırları bir müddət əvvəl Tacikistan sərhəddindən buraxılmamış və buna reaksiya olaraq da adekvat addım Türkmənistan tərəfindən atılmış, nəticədə iki dövlət arasında “tır problemi” meydana gəlmişdi. Bundan savayı Tacikistan-İran arasında son dövürlər ziddiyətlər artmış, rəsmi Düşənbə İranı ölkədə radikal dini ünsürlərə dəstək olmaqda günahlandırmışdı. Türkmənistanın isə İranla sıx əməkdaşlıq etməsi Tacikistan və Türkmənistan arasında münasibətləri kəskinləşdirmişdi. Bütün bunların nəticəsi kimi türkmən prezident Düşəmbəyə getməkdən imtina etdi.

Zirvəyə damğa vuran yeganə hadisə türkmən rəhbərin iştirak etməməsi deyildi. Başqa bir problem isə Ukraniya Prezidenti Poraşenkonun zirvədən 10 gün əvvəl Rusiya-Ukraniya əməkdaşlıq müqaviləsini ləğv etməsi və bununlada ölkəsinin MDB-dən çıxmasını açıq bir şəkildə bəyan etməsi idi. Beləki, Ukraniya 2014-cü ildə Rusiya ilə yaşanan münaqişədən sonra MDB-dən çıxması haqqında açıqlama versə də Ukraniya de-yure MDB üzvü sayılırdı. Poraşenkonun Rusiya ilə 1997-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsini ləğv etməsindən sonra isə Ukraniyanın MDB-dən çıxması bir növ rəsmiləşdi.

MDB görüşündə qəbul edilən bəzi qərarlar da ciddi mübahisə doğurub. Beləki, ikinci dünya müharibəsində faşizm üzərində qələbənin yubileyi ilə bağlı qərarda “böyük vətən müharibəsi” ifadəsindən istifadə edilib. Çingiz Aytimatovun 90 illiyinin keçirilməsi haqqında qərarda isə “Sovet yazıçısı Çingiz Aytmatov” ifadəsi işlədilib. Bütün bunlar xüsusən də Qərb mətbuatında MDB-nin yeni sovet sistemi olması haqqında fikirlərə geniş yer verilməsinə səbəb olub.

Zirvə görüşünün tək önəmli nəticəsi Azərbaycan və Ermənistan rəhbərlərinin ilk dəfə görüşmələrinə baxmayaraq razılıq əldə etməsi hesab edilə bilər. Bununla bağlı Paşinyan qeyd edib ki,
“Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi... Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”.

Beləliklə, yekun olaraq qeyd edə bilərik ki, Düşənbədə keçirilən zirvə görüşü bir daha bizə göstərdi ki, MDB-nin gələcəyi yoxdur. Gürcüstanın və Ukraniyanın buradan ayrılması, üzv dövlətlər olan Azərbaycan və Ermənistan arasında münaqişənin dəvam etməsi, Rusiya və Moldova arasında ciddi problemlərin olması, Türkmənistan və Tacikistan arasında münasibətlərin kəskinləşməsi və digər amillər onu göstərir ki, MDB bir inteqrasiya və qarşılıqlı əməkdaşlıq məkanı deyil. Həmçinin qeyd etmək lazımdır ki, MDB-də qəbul edilən qərarların 90%-nə yaxını sadəcə kağız üzərində qalır və həyata keçirilmir. MDB üzv dövlətlər üçün sadəcə müzakirə platforması əhəmiyyətini daşıyır. MDB hal-hazırda üzv dövlətlərin siyasi, iqtisadi, hərbi və s. sahələrdə əməkdaşlığı üçün heç bir potensiala sahib deyil. Bütün bunlara əsasən də qeyd edə bilərik ki, bu təşkilat yaxın gələcəkdə  öz fəaliyyəti dayandıra bilər. Çünki təşkilat ən əsas missiyası olan dövlətlər arasında əməkdaşlıq mühitinin formalaşdırılması funksiyasını icra edə bilmir.

Nicat İsmayılov

 

 

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı