Düşənbə razılaşması Paşinyanın Qarabağ məsələsində geriyə atdığı ilk addımdır Paşinyan siyasətinin qısa analizi - ÖZƏL

Analitika 13:51 02.10.2018

Düşənbədə keçirilən MDB ölkələrinin zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş Naziri Nikol Paşinyan ilk dəfə bir araya gəldilər. Tərəflər ilk dəfə görüşsələr belə cəbhə boyu atəşkəsin təmin edilməsi və yenidən problemin diplomatik həlli üçün danışıqlara başlanılması haqqında razılaşdılar. Fikrimizcə, bu razılaşma bir çox siyasi və diplomatik meyarları özündə ehtiva edir.

Düşənbədəki razılaşma nədir və nəyi ifadə edir?

Düşənbədə Paşinyanın da yerli mətbuatda qeyd etdiyi kimi tərəflər iki dəfə görüşüb və bir çox məsələlər haqqında danışıqlar aparıblar. Paşinyan özü də görüşdən sonra verdiyi açıqlamalarda cəbhədə baş verən hadisələrdən narahat olduğunu və atəşkəsin qorunub saxlanılması üçün qarşılıqlı addımların atılmasını təklif etdiyini bildirib. Yəni, tərəflər arasında ilkin razılıq Paşinyanın təklifi və xahişi ilə baş tutub. Paşinyanın bu təklifi irəli sürməsinin əsas səbəbi isə son günlər cəbhə xəttində baş verən toqquşmalar nəticəsində 6 erməni hərbçisinin dünyasını dəyişməsi hesab olunur.

“Aprel döyüşlərin”dən sonra cəbhədə əsas üstünlük Azərbaycan ordusunun tərəfinə keçdi. Son günlər ermənilərin xüsusən də, Talış və Lələtəpə istiqamətində çoxsaylı itkilər verməsi məhz bununla bağlıdır. Həmçinin, bir müddət əvvəl Paşinyanın danışıqlarda qondarma Dağlıq Qarabağ Respublikasının iştirak etməməsi halında ermənilərin danışıqlardan yayınmağa davam edəcəyi ilə bağlı bəyanatından sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin cəbhə zolağında yerləşmiş silahlı qüvvələrə hərəkət edən bütün hədəfləri “vur” əmri verdiyi məlumdur. Paşinyan orduda tələfatın daha da çoxalması halında erməni xalqının ona olan etimadı və dəstəyinin azalacağını bilərək problemin “iki dövlətli” həllinə razılıq verdi. Yəni, əslində Düşənbədəki razılığın təməlində duran əsas məsələ Dağlıq Qarabağ probleminin üçüncü bir dövlət olmadan (yəni, Paşinyanın hakimiyyətinin ilk günlərində qeyd etdiyinin əksinə Qondarma Dağlıq Qarabağ Respublikası olmadan) iki dövlət arasında həll edilməsi üçün danışıqlara davam etmək idi. Beləliklə, bütün bunlar onu göstərir ki, Düşənbə razılaşması Paşinyanın Qarabağ problemində geriyə doğru atdığı ilk addım oldu.

Ermənistanda formalaşmış Paşinyan hakimiyyətinin daxili və xarici siyasətinin qısa analizi

Əvvəlcə, bir məsələni qeyd etmək lazımdır. Paşinyan Ermənistanda formalaşan məxməri inqilabın lideri kimi ilk dəfə “Gümrü hadisələrindən” sonra rus ordusuna və rus asılılığına qarşı yazdığı yazılar və keçirdiyi nümayişlərlə tanınmışdır. Həmçinin, Paşinyan hələ hakimiyyətə gəlmədən jurnalist olaraq yazdığı publisistik yazılarda anti-rus və KTMT əleyhdarı kimi tanınan Terpetrosyanı açıq bir şəkildə dəstəkləmişdir. Bütün bunlar Ermənistanda formalaşan yeni iqtidarın əslində ideoloji cəhətdən erməni millətçilərindən təşkil olunmasını və ölkənin Rusiyadan asılı qalması ilə barışa bilməməsini nümayiş etdirir. Lakin əyani bir şəkildə müşahidə edilə bilər ki, Paşinyan iqtidarı hakimiyyətə gəlmədən əvvəlki şüarlardan uzaq və maksimum ehtiyatlı, hətta cəsarətsiz siyasət yeridir.

Çünki, Paşinyan birbaşa Rusiya əleyhinə çıxmağın Gürcüstan və Ukrayna örnəyində olduğu kimi nə qədər təhlükəli olduğunu dərk edir. Ona görə də Paşinyan xarici siyasətdə özündən əvvəlki “Qarabağ klanının” siyasi xəttini izləyir, lakin daxili siyasətdə daha radikal addımlar atmaqla Rusiyanın Ermənistanda əsas siyasi və hərbi fiqurları olan Robert Köcəryan, Yuri Xaçaturov, Manvel Qriqoryan və digərlərini korrupsiya və ya digər bəhanələrlə həbs etməyə çalışır. Xarici siyasətdə Rusiya ilə uzlaşan Paşinyan hökuməti daxildə olan “rus dayaqlarını” sıradan çıxarmağa çalışır.

Paşinyan  rusların diqqətini çəkmədən Avropa ilə də əlaqələri inkişaf etdirməyə çalışır. O, ölkə iqtisadiyyatının ağır vəziyyətdə olmasını dəfələrlə qeyd edib. Avropa ilə əlaqələrdə əsas hədəfi isə turizm və digər sahələrə Avropa ölkələrinin investisiya qoymasını təmin etməkdir. Paşinyanın “demokrat lider” rolunu ifa etməsinin əsas səbəbi də məhz avropalı liderlərin rəğbətini qazanmaqla sözügedən investisiya qoyuluşunun təmin edilməsidir. İnvestisiya qoyuluşunda hədəf yalnız ölkənin iqtisadiyyatının deyil, həmçinin təhlükəsizliyinin də təmin edilməsidir. Beləki, əgər Avropa ölkələri Qarabağda iqtisadi maraqlara sahib olsalar Azərbaycanın hərbi hücumlarının da qarşısını almaqda ermənilərə dəstək olacaqlar. Lakin investisiya qoyuluşu üçün iki əsas amil zəruridir:            1) Sabit və təhlükəsiz mühit; 2) Şəffaf sistem.

Paşinyan xüsusən gömrük sistemini şəffaflaşdırmaq üçün əlindən gələni etsə də, Qarabağ problemi həll edilmədən bu ərazi təhlükəsiz mühitə sahib ola bilməz. Həmçinin, BMT daxil olmaqla bir çox beynəlxalq qurumlar bu ərazinin ermənilər tərəfindən işğal olunduğunu təsdiq edir.

Paşinyan xarici siyasətdə əsas diqqəti Gürcüstana yönəldib. Çünki Gürcüstan ermənilərin Avropaya çıxış qapısıdır. Azərbaycanın da təsiri ilə iki ölkə arasında münasibətlər son dövrlər kəskinləşsə də Paşinyan ikinci səfərini Gürcüstana etməklə aradakı problemlərin həll edilməsinin tərəfdarı olduğunu göstərdi.

Paşinyan Azərbaycan siyasətində isə əvvəlcə populist açıqlamalarla erməni xalqının dəstəyini qazanmağı hədəfləyirdi. Lakin hər bəyanatın cəbhədəki vəziyyətə təsir etdiyini müşahidə etdikdən sonra artıq danışıqlara başlamağın vaxtı olduğunu anladı. Paşinyanın Azərbaycan siyasətində əsas hədəfi 7 rayonu Azərbaycana qaytarmaqla (bunu hakimiyyətə gəlmədən öncə dəfələrlə deyib, hətta bu gün muxaliflər onu bu açıqlamalarına görə vətən xaini adlandırırlar) Yuxarı Qarabağı Ermənistana birləşdirmək və ermənilərin başlatdığı bu münaqişəni birdəfəlik həll etmək hesab oluna bilər. Paşinyan düşünür ki, bununla həm beynəlxalq dəstək qazana, həm də Türkiyə ilə sərhədlərini açaraq türk investisiyalarından istifadə edə bilər. Ancaq Azərbaycan tərəfinin 7 rayonla kifayətlənməyəcəyi məlumdur.

Qarabağ bütövlükdə Azərbaycana qaytarılmadan Paşinyan heç bir hədəfinə çata bilməyəcək. Çünki Paşinyanın bütün xarici siyasəti və eyni zamanda erməni xalqının taleyi Qarabağ probleminin həllindən asılıdır.

Yekunda qeyd edə bilərik ki, 30 ildir davam edən bu münaqişə iki tərəfdə də böyük itkilər və problemlərə səbəb olmuşdur. Azərbaycan-Ermənistan münaqişəsinin davam etməsi sadəcə və sadəcə regionda təsirini daha da gücləndirməyi hədəfləyən Rusiyanın marağına xidmət edir. Təssüf ki, Ermənistanda Paşinyan iqtidarı demokratiyadan yalnız “gözdən pərdə asmaq üçün” istifadə edir. Realda isə ölkədə yeni diktaturanın əsası qoyulmaqdadır. Əslində Paşinyanın hakimiyyətə gəlişi bir klanın digəri ilə əvəz olunmasından ibarətdir. Ermənistanda real demokratik bir hökumətin qurulması ən çox Azərbaycanın xeyrinə olar. Çünki, demokratik prinsiplərə sadiq istənilən lider beynəlxalq hüquqa və ictimai ədalətə riayət edərək Qarabağı Azərbaycan ərazisi kimi tanıyar. Lakin yürütdüyü siyasət ilə Paşinyan qəti şəkildə bizdə demokrat lider təəsüratı doğurmur. Ancaq bununla belə erməni xalqı bir faktı dərk edir ki, bu münaqişə ermənilərin əleyhinədir və ölkələrinin vəziyyəti günü-gündən ağırlaşır. Ermənilər gözəl başa düşürlər ki, sanskiyalarla üzləşən İran və Rusiya daha erməni iqtisadiyyatına dəstək ola bilməyəcək. Ona görə də qeyd edə bilərik ki, erməni rəhbərliyi Qarabağın daha çox işğalda saxlanılmasının mümkün olmadığını anlayır və Qarabağın gec-tez Azərbaycana qaytarılması faktı ilə razılaşır. Ancaq bu gün onlar Qarabağın heç olmasa bir hissəsinin Ermənistanın tərkibində qalmasına səy göstərir.

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Hamısı