Suriya müxalifətinin silahlı dəstələrini birləşdirən "Milli azadlıq cəbhəsi" koalisiyası (MAC) Suriyanın şimalında yerləşən İdlib əyalətinin hərbsizləşdirilmiş zonasından ağır texnikanı çıxarmağa başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü AFP agentliyi məlumat yayıb.
"Cəbhə hərbsizləşdirilmiş zonadan ağır hərbi texnikanı çığarmağa başlayıb", - deyə koalisiya nümayəndəsi Naci Mustafa AFP-yə bildirib və koalisiyanın digər silahlarla zonada öz blokpostlarını saxlayacaq.
MAC-yə daxil olan "Feylak əş-Şam" müxalifət qruplaşmasının nümayəndəsi agentliyə bildirib ki, hərbsizləşdirilmiş zonadan buraxıcı qurğular və qumbaraatanlar çıxarılıb.