Branson azad edildi, bəs münasibətlər düzəldimi? ÖZƏL

Analitika 11:54 15.10.2018

 Əlbətdə ki, Türkiyənin Bransonu azad etməsi öz imicinə xələl gətirməsinə rəğmən uğurlu və gərəkli addım idi. Türkiyə əbədi olaraq Bransonu həbsdə saxlaya bilməzdi. ABŞ-la münasibətləri daha da gərginləşdirmək sadəcə Türkiyəni xarici siyasətdə Şərqə doğru sıxışdırmaq və yeni problemlərin yaranmasına səbəb olmaqdan başqa bir işə yaramazdı. Ancaq Bransonun azad edilməsi ilə hər şey bitdimi? Bütün problemlər həll olundu, münasibətlər düzəldimi?

Bransonun azad edilməsini Türkiyənin yenidən xarici siyasətdə Qərbə yönəlməsi kimi izah edənlər fikrimcə, yanılırlar. Çoxqütblü dünya nizamının reallıqlarında “yalnızca bir qütbü seçənlərin siyasəti iflasa uğrayacaq”. Türkiyə də bunu yaxşı bilir və Bransonu azad etməsinin arxasındakı niyyət əsla ABŞ-ın rəhbərlik etdiyi qütbə geri dönmək deyil, sadəcə və sadəcə xarici siyasətdə balansı qorumaq üçün atılmış bir addımdır. Çünki, artıq beynəlxalq münasibətlər Soyuq müharibə dövründəki ikiqütblü dünya nizamına əsaslanmır. Belə şəraitdə dövlətlərin də atdığı hər bir atdım məhz bir qütbə istiqamətlənmək kimi izah edilə bilməz.

Bransonun azad edilməsi əlbətdə ki, Türkiyə-ABŞ münasibətlərindəki gərginliyi azaldacaq. Amma iki dövlət 5 il bundan əvvəlki münasibətlərdə müşahidə edildiyi kimi sıx əməkdaşlığa və müttəfiqliyə geri dönə bilməzlər. Çünki artıq iki dövlət arasında çox ciddi sayıla biləcək problemlər var. Branson bu problemlərdən ən kiçiyi idi. Əslində, Branson ABŞ üçün çox ciddi bir fiqur deyildi. O sadəcə Trampın ara seçkilərdə evangelistlərin tam dəstəyini qazanması üçün istifadə etdiyi bir vasitə idi. Tramp niyyətinə çatdı, çünki Bransonun seçkilərə bir ay qalmış azad edilməsi ona olan dəstəyi daha da artırdı. Bəs Türkiyə necə, niyyətinə çatdımı?

1

Türkiyənin məqsədi Bransonu azad etməklə ABŞ-la yaşanan problemlərdən heç olmasa bir neçəsini həll etmək və münasibətləri yumuşaltmaq idi. Bu arada Türkiyə ilə ABŞ arasında yaşanan problemlərin ən önəmli olanlarını diqqətinizə çatdıraq:

  • Fətullah Gülənin geri qaytarılması məsələsi;
  • Rza Zərrabın həbsi problemi;
  • “Xalq Bank” işi;
  • Qüdsün İsrail paytaxtı olaraq tanınması məsələsi;
  • “S 400” və “F-35”  problemi;
  • Fəratın şərqindəki PYD-PKK qüvvələrinin ABŞ tərəfindən dəstəklənməsi;
  • Mənbiç problemi;
  • ABŞ-ın İrana yönələn “embarqo siyasətinə” Türkiyənin qatılmaması və s.

Yuxarıda qeyd etdiyimiz məsələlərin hər biri Türkiyə üçün həyati önəmi olan məsələlərdir. Ən ciddi problem isə Suriyada və İraqda ABŞ-ın PYD-ni açıq bir şəkildə həm maliyyə, həm də silah yardımları ilə dəstəkləməsidir. ABŞ Türkiyənin bütün təzyiqlərinə rəğmən söz verdiyi Mənbiç məsələsini də həll etmir. Bu gün Mənbiçdə PYD qüvvələri durmadan xəndəklər qazır, Mənbiç ətafını minalayırlar.

ABŞ PYD-ni boş yerə dəstəkləmir. Amerika bilir ki, Türkiyə artıq Yaxın və Orta Şərqdə əbədi müttəfiq ola bilməz.(Soçi zirvəsindən sonra) Ona görə də ABŞ regionda yeni bir ABŞ “əlaltısı” və forpostu olan dövlət yaratmaq istəyir. Bu dövlət isə böyük bir ehtimalla Kürdüstandır. (Ancaq Kürdüstanın bu gün regionda əsas güc hesab edilən Türkiyə, İran və Rusiyaya rəğmən yaranması nə qədər mümkündür, deyə bilmərik) ABŞ-ın bu niyyəti öz maraqlarına uyğundur, lakin ABŞ bu məqsədini reallaşdırmaq üçün səylərini artırsa Türkiyə ilə aralarında böyük bir uçurum yaranacaq və Türkiyə “Rusiya və Çinin liderlik etdiyi qütbə inteqrasiya edəcək.

ABŞ-la yaşanan bütün problemlər sadəcə Bransonu azad etməklə düzələ bilməz. Amma təbii ki, Bransonun azad edilməsi müqabilində ABŞ ya Rza Zərrab, ya da Mənbiç məsələsində güzəştdə gedə bilər. Amma Türkiyə üçün ən önəmli məsələ olan Gülənin qaytarılması və PYD-nin dəstəklənməsi kimi ciddi problemlərin yaxın zamanda öz həllini tapması gözlənilmir.

Bütün bunlardan savayı, Trampın davranışları da münasibətlərdə “yenidən müttəfiqliyə qayıdış mesajını” özündə ehtiva etmir. Bransonun azad edilməsi xəbərləri gələn kimi Tramp öz tvitter hesabından yazdı ki, “Rahib Branson, sizi azad etmək çox çətin oldu”. Bu o deməkdir ki, mənim təzyiqlərim, təhdidlərim işə yaradı və Türkiyə geri addım atdı. Yalnız Bransonla görüşən zaman Trampın yadına düşdü ki, türk hökümətinə təşəkkür etmək lazımdır. Trampın davranışlarından, mesajlarından görünür ki, onun məqsədi Türkiyə ilə yenidən müttəfiq olmaq  deyil, hələ ki ara seçkilərdə zəfər çalmaqdır. Türkiyə onun siyasətində ikinci plandadır.

Uzun sözün qısası, ABŞ-la Türkiyə arasında ciddi siyasi uzlaşmazlıq var. Tərəflərin əvvəlki kimi ortaq siyasət yürütməsi gözlənilmir. Bransonun azad edilməsi isə sadəcə problemlər yükünün nisbətən azaldılması və bununla Mənbiç və ya başqa bir ciddi problemin həll edilməsini təmin etməkdən ibarətdir.

Nicat İsmayılov

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı