Azərbaycanda nə qədər xəstə var? ARAŞDIRMA

Analitika 21:15 21.01.2019
Ötən il Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunub, 1,1 faizi dispanser nəzarətə alınıb, 2,9 faizi sağlamlaşdırılıb, 32,1 faizi əlavə müayinələrə cəlb edilib, 0.5 faizi hospitalizasiya olunub.
 
Ümumilikdə isə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət daxil olub, 727 min xəstə stasionar müalicə kursu keçib. 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. Bəzən rəsmi statistika real mənzərə ilə üst-üstünə düşmür.

Azvision.az ölkədə müxtləif xəstəliklərdən əziyyət çəkən insanlarla bağlı araşdırma aparıb.



Belə ki, ölkədə böyrək çatışmazlığı xəstələyindən əziyyət çəkən şəxslərin sayında artım müşahidə olunur. 2006-cı ildə 3 hemodializ mərkəzində 241 xəstə müalicə almışdısa, indi 43 hemodializ mərkəzində 3600 böyrək xəstəsi dövlət hesabına müalicə olunur. Hazırda hemodializ müalicəsi alan ən kiçik xəstənin 6, ən böyüyünün 87 yaşı var. Xəstəliyin vaxtında aşkarlanması nəticəsində Azərbaycanda hər milyon nəfər əhaliyə 450-520 nəfər böyrək çatışmazlığı olan xəstə düşür. 



Ölkəmizdə yayılan digər bir xəstəlik QİÇS-dir. Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır. QİÇS-lə yoluxanların sayında narkotik istifadəçilər üstünlük təşkil edir. Narkotik istifadəçilərinin sayına gəlincə isə rəsmi məlumata görə, ölkədə 30 131 nəfər narkoman qeydiyyatdadır. Onların 25 139 nəfəri dispanser qeydiyyatındadır. Narkomanların 4 992 nəfəri profilaktik, 1 031 nəfəri anonim müalicə alır. Respublika üzrə 1621 hemofiliyalı xəstə qeydiyyata alınıb.



Baş və onurğa beyinin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan xroniki autoimmun xəstəliyi - Dağınıq sklerozdur. Bu xəstəliyə ən çox 18-45 yaşlı insanlarda rast gəlinir, lakin bütün yaş qruplarında dağınıq skleroza təsadüf edilə bilər. Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı 1000 nəfərə yaxındır. Bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. Hazırda respublikada 45.756 onkoloji xəstə qeydiyyata alınıb. 2016-cı ildə belə xəstələrin sayı 43.927, 2015-ci ildə isə 40.653 idi. 



Lakin vərəmlə xəstələnlərin sayında azalma müşahidə olunur. Son 5 ilin statistikasına baxsaq, 5 il əvvəl hər il 100 min əhaliyə xəstələnmə göstəricisi 50 nəfərdən çox idisə, indi 38-ə düşüb. Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir. Hər il qeydiyyatda olan xəstələrin sayı 8500-9000 arasında dəyişir. Belə ki, 2017-ci ildə 918 xəstə müalicəsini davam etdirirdisə, 2018-ci ilin təkcə altı ayında Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub. Onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir. 



Bakıda 18 yaşdan yuxarı əhali arasında ağciyərlərin xroniki obstruktiv xəstəliyinin, bronxial astma və allergik rinitin yayıldığı ərazini müəyyən etməklə xəstəliklərin yayılması tədqiq edilib, risk faktorları ilə əlaqə dəyərləndirilib. Tədqiqat nəticəsində məlum olub ki, Bakışəhərində bronxial astma böyüklər arasında təxmin edilən yayılması hər 1000 nəfərə 26.8 nəfər olub. Spirometriya əsasında diaqnozu təsdiq edilmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyinin böyüklər arasında hər 1000 nəfərə təxmin edilən yayılması Bakı şəhərində 4.3 təşkil edib. 



Statistik məlumatlar göstərir ki, Azərbaycanda diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, 2018-ci ilin 8 ayı ərzində onların sayı 263 min 057 nəfərə çatıb. Bundan əlavə, Azərbaycanda 1654 uşaq bu xəstəli̇kdən əzi̇yyət çəki̇r. Lal böyrək daşı kimi insanı incitməyən, vaxtında aşkarlanmasa ölümə səbəb olan hepatit virusları. Respublikada son 3 ildə qan analizi vasitəsi ilə 18-60 yaş arasında 274 min insan yoxlanıb, statistik araşdırma aparılıb. Bu, ölkə əhalisinin 2 faizini təşkil edir. Bu araşdırma zamanı onların 1,99 faizinin hepatit B, 2,08 faizinin hepatit C-yə yoluxduğu üzə çıxıb. Yəni həm B, həm də C hepatitinə yoluxanların sayının təxminən 2 faiz olub. Bu araşdırmanın nəticəsinə əsaslansaq, ölkədə təxminən 200 min insan bu viruslara yoluxub. Hər il kəskin B və kəskin C hepatitinə ayrı-ayrılıqda təxminən 300-ə qədər insan yoluxur və həmin xəstələrin sayı Səhiyyə Nazirliyinin nəzdində B və C hepatitlərinin müalicə və profilaktikası üzrə Komissiyasına məlumdur. Bu xəstələrin adları qeydiyyata alınmır. Çünki kəskin hepatit keçirən insanlar əksər hallarda tam sağalır. 



Evlənmək istəyən çütlüklərdə də ciddi problemlər aşkarlanır. 2015-ci il iyun ayının 1-dən bu günə kimi 467 min 659 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 17 min 139 nəfərdə talassemiya daşıyıcısı,1598 nəfərdə sifilis, 395 nəfərdə isə QİÇS aşkar edilib. 173 cütlüyün hər ikisində talassemiya aşkarlanıb. Bütün ani ölüm hallarının 88 faizi ürək qüsurlarının vaxtında aşkar edilməməsi və belə xəstələrin vaxtında ixtisaslı invaziv kardiologiya xidməti ala bilməməsinə görə baş verir. 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. 



Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. 2018-ci ilin statistikası barədə məlumat yayılmasa da, aydın olur ki, ötən il dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılmış və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub. Ölkəmizdə hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur. Ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur. Son 5 ildə Azərbaycanda təxminən 2000-ə yaxın ürək qüsurlu uşaq əməliyyat olunub. 



Bu gün epilepsiya cəmiyyətdə ən çox narahatlıq doğuran xəstəliklər sırasındadır. Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 - 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4 - 83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 mindən çox insan epilepsiyadan əziyyət çəkir. 



Dünyada hər il qalxanabənzər vəzi xəstələrinin sayı 5% artır. Ölkəmizdə da bu vəziyyət müşahidə edilir. 2018-ci ilin statistikası açıqlanmasa da, 2017-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə 16 986 nəfər dispanser qeydiyyatına götürülüb. Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz, 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir. 
 
İlkin Nəcəfzadə 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı