“O vaxt Azərbaycandakı didişmələrdən istifadə edib Qarabağı aldıq...”

Analitika 12:45 08.02.2019

Bu günlərdə “Daşnaksütun” Erməni İnqilabi Federasiyası Xankəndində böyük qapalı yığıncaq keçirib və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti, habelə Ermənistanın indiki rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi müzakirə olunub. Bu, daşnakların 30 il ərzində Qarabağda keçirdikləri ilk toplantıdı. Virtualaz.org xəbər verir ki, “Daşnaksütun” partiyasının yeni lideri Armen Rüstəmyan həmin toplantının Nikol Paşinyana mesaj olduğunu gizlətməyib.

Rüstəmyan Rusiyada mənzillənmiş “EurasiaDaily” erməni saytına müsahibəsində deyib ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda ciddi fəallaşma müşahidə olunur. Onun bildirdiyinə görə 30 il əvvəl olduğu kimi indi də Ermənistan siyasətində mərkəzi mövzu Qarabağdır.

Daşnakların lideri qeyd edib ki, onların partiyası Ermənistan parlamentində hazırda təmsil olunmasa da Qarabağın taleyindən söhbət gedərsə parlamentdəki və indiki hakimiyyətdəki bir çox şəxslərin daşnakların tərəfinə keçəcəyinə inanır.

“O vaxt SSRİ-nin dağılmasından sonra Ali Sovet formalaşanda “Daşnaksütun” ümumiyyətlə seçkilərdə iştirak etmirdi və parlamentdə təmsil olunmurdu. Amma o vaxt hakimiyyətə gələn qüvvə Dağlıq Qarabağın Ermənistanla birləşməsi ideyasından geri çəkilməyə başlayan kimi parlamentdə bizim partiyanı dəstəkləyən kifayət qədər iri deputat qrupu yarandı”-Rüstəmyan deyib.

Rüstəmyana görə vaxtilə “ərazilərin əvəzində sülh” variantına razılıq vermək istəyən Levon Ter-Petrosyan güclü müqavimətlə üzləşib istefa verdi və siyasi meyitə çevrildi. Ona görə də erməni reallığında kim məsələni bu yolla həll etməyə çalışsa Ter-Petrosyan kimi siyasi meyit olacaq.

Daşnakların lideri Ermənistanın indiki hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında ciddi gərginliyin olduğunu inkar etməyib. Bildirib ki, bir qrup adamlar Ermənistanda 2018-ci ilin aprelində baş verənləri Dağlıq Qarabağda da təkrarlamaq istəyir.

“Onlar hətta deyirlər ki, inqilab Qarabağı da əhatə etməsə onu əsl inqilab saymaq olmaz. Bizim bu qətiyyən yolverilməzdir. Qarabağda cəmiyyəti Ermənistandakı kimi “ağlara” və “qaralara” bölmək olmaz. Çünki ciddi təhlükəsizlik riski var. Əgər biz təhlükəsizlik qarantiyamızı azaltsaq, mövqelərimizi zəiflətsək Azərbaycan bundan istifadə edib müharibəyə başlayacaq. Problem məhz bundadır. Bakını kimsə kənardan müharibəyə təşviq etməyəcək, biz özümüz düşünülməmiş hərəkətlərimizlə belə bəhanə verə bilərik. Bununla bağlı mən iki tarixi paralel aparmaq istərdim. 1990-cı illərin əvvəllərində hakimiyyətə gələn Ter-Petrosyan verdiyi vədlərdən geri çəkilib ölkədə elə böhran yaratdı ki, altını indi də çəkirik. İkincisi, yenə də 1990-cı illərin əvvəllərində Azərbaycandakı daxili qeyri-stabillik, çəkişmələr, didişmələr qonşu ölkənin müdafiə qabiliyyətini sarsıtdı. Biz isə o cümlədən həmin səbəbə görə Qarabağ cəbhəsində uğurlar əldə edə bildik. İndi biz düşmənə belə bəhanə verə bilmərik ki, hərbi əməliyyatlara başlamağa həvəslənsin”-Armen Rüstəmyan deyib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı