Təcavüzkarın nazıyla oynayırıq "Qarabağın taleyi..."

Analitika 15:01 19.02.2019

Son aylarda Azərbaycan və Ermənistan dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində görüşlərin intensivləşməsi və sonuncu Paris görüşündə “xalqları sülhə hazırlamaq” haqda birgə bəyanatların verilməsi münaqişənin sülh yolu ilə həllində böyük ümid yaratmışdı.

 

ilham əliyev paşinyan soçi ile ilgili görsel sonucu

Ancaq Paris görüşündən sonra həm baş nazir Paşinyanın, həm də qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanın açıqlamaları xalqları sülhə hazırlamaq deyil, onları döyüşə səsləməyə yönəlib. Paşinyanın “Biz sülhü torpaqlara dəyişməyəcəyik” açıqlaması və Saakyanın Cəbrayılda yeni yaşayış binalarının açılışında iştirak edib vətəndaşlar qarşısında odlu-alovlu “qəramanlıq” nitqi söyləməsi Azərbaycan tərəfdən “reaksiyasız” qaldı.


Azərbaycan xalqı üçün tale yüklü məsələ olan, 30 ildir həlli üçün çalışdığımız və Azərbaycan Respublikasının xarici siyasətində bir nömrəli vəzifə olan Qarabağ probleminin həlli Paşinyanların, Lavrovların, Saakyanların ümidina buraxıla bilməz. Təəssüf ki, hazırda konkret olaraq “təcavüzkarın nazıyla oynayırıq”.

Bu arada “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistana getməsi, burada Qarabağ məsələsiylə bağlı ictimai rəyi öyrənməsi və bir sıra siyasətçi və keçmiş hərbçilərdən müsahibələr alması Ermənistandakı abu-havanı daha yaxşı təhlil etməmizə kömək oldu. Sözügedən müsahibələri və erməni rəhbərliyinin yürütdüyü siyasəti analiz etdiyimiz zaman bir daha görürük ki, Ermənistana hazırki status-kvo sərf edir və onlar qətiyyən vəziyyəti dəyişmək istəmirlər.

Görünür, Ermənistan ümumiyyətlə nə sülh, nə də müharibə istəyir. Ermənistan üçün Dağlıq Qarabağ probleminin həllində 25 illik durğunluq seçilmiş ən uğurlu strategiyadır. Ermənistan heç də acından ölmür, iqtisadi blokada da deyil və Azərbaycanla əməkdaşlığa ehtiyac duymur. Rusiya, İran və Gürcüstanla iqtisadi əməkdaşlıq davam edir. Ən önəmlisi isə Ermənistan “məxməri inqilab”dan sonra sözün həqiqi mənasında Avropanın “xoşuna gəlir”. Avropa parlamentində Azərbaycanın bu qədər geniş tənqid edilməsi və əleyhimizə tez-tez qətnamələr qəbul edilməsi də bununla bağlıdır.


paşinyan makron ile ilgili görsel sonucu

 

Paşinyan Rusiya və İranın dəstəyinə, Avropadan yönləndiriləcək investisiyalara və erməni lobbisinin yardımlarına arxayındır. Ona görə də, artıq onu iqtisadiyyat çox da narahat etmir. Qarabağ məsələsindəki sərt mövqeyi Qarabağ klanının daimi dəstəkçiləri olan ən radikal Qarabağ separatçılarında belə ona qarşı simpatiya yaradıb.

Burada ən maraqlı məsələ isə Paşinyanın Dağlıq Qarabağ probleminin həllində sərgilədiyi sərt mövqe və yürütdüyü dezkonstruktiv siyasətə qarşı hələ də konkret bir addımın atılmamasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və heç də bunu inkar etmir. Buna rəğmən, işğalçı Ermənistan sərt, Azərbaycansa problemin diplomatik həllinə istiqamətlənən mülayim siyasət yürüdür.

Qarabağ döyüşlərinin iştirakçısı, keşmiş kəşviyyatçı Vova Vartanov “Turan” a verdiyi müsahibədə qeyd edir ki, “Qubadlı, Cəbrayıl, Füzuli Kür çayının vadisidir, onları güzəştə getsək sizə böyük zirehli texnika, piyada, artilleriya qüvvələri ilə manevr etmək imkanı vermək, Qarabağı cinahdan mühasirəyə almaq imkanı vermək deməkdir. Füzulini ələ keçirsəniz, elə bir yerə çatacaqsınız ki, ən bəsit güllələrlə Qarabağı atəşə tuta bilərsiniz, Ağdam da eynilə, buraları sizə yenidən qaytarmaq intihardır”.


Vova Vartanov:

 

Bu açıqlama əsl reallıqdır. Ermənistan rəhbərliyi də bunu gözəl dərk edir və onların işi sadəcə böyük dostlarının yardımıyla bizim başımızı qatmaq və status-kvonu qorumaqdır. Ancaq Azərbaycan buna imkan verə bilməz. Biz dərhal ordunu hərəkətə gətirməli və yenidən hərbi əməliyyatlara başlamalıyıq. Erməni tərəfinə layiqli cavab verilməli və onu hərbi yolla sülhə məcbur etməliyik. Qarabağın taleyi artıq siyasətçilərin sözlərində deyil, əsgərimizin mərmisindərir. Geriyə yol yoxdur, ya Qarabağ, ya ölüm...

 

azərbaycan ordusu ile ilgili görsel sonucu

 

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı