Yəhudi əsilli bakılı nazir Uşaqların xilaskarı: Yevsey Gindes

Analitika 11:20 21.02.2019

Eurasia Diary-nin Azərbaycan tarixində silinməz iz qoymuş, Azərbaycan dövləti və xalqına böyük xidmətlər etmiş və eyni zamanda günümüzdə çox az vətəndaşın tanıdığı böyük şəxsiyyətlət haqqında silsilə araşdırma yazıları davam edir. 

Bu yazıda son dərəcə istedadlı uşaq həkimi, qeyri-adi dərəcədə həssas və nəzakətli insan olan Yevsey Yakovleviç Gindesdən söz açılacaq. Yəqin ki, bu ad hazırda Bakıda çox az insana məlumdur. Lakin bir zamanlar, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti illərində bu nəcib insan səhiyyə naziri idi və bakılıların böyük hörmətini qazanmışdı.

Yevsey Gindes 1872-ci ildə Kiyevdə anadan olub. 1897-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirdikdən sonra professor Çernovun klinikasında fəaliyyətə başlayıb. Burada işlədiyi səkkiz ilin son iki ilində Kiyev Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri olub. O, həmin vaxt Kiyev Bakteriologiya İnstitutunda tədqiqatlar aparmağa başlayıb və tez bir zamanda uşaq xəstəlikləri haqqında yeddi elmi əsər dərc etdirib.

1905-ci ildə Neft Sənayeçiləri Şurasının həkim-sanitar qurultayı Qafqazda ilk fabrik-zavod xəstəxanasına rəhbərlik etmək üçün ümumrusiya müsabiqəsi elan edib və Gindes bu vəzifəyə seçilib. Həmin vaxtdan Qara şəhər xəstəxanası onun elmi və praktiki araşdırmaları üçün məkana çevrilib. Gindes burada ilk dəfə uşaq xəstəliklərinin ümumi kontekstdə və xüsusilə Bakının sosial-iqlim şəraitində öyrənilməsinin forma və xüsusiyyətləri problemini qaldırıb.

Gindes Qara şəhər xəstəxanasında süd məhsulları mətbəxi açır və buradan şəhərin pulsuz müalicəxanalarının uşaq-pediatr kabinetlərinə hər həftə diyetik yeməklər göndərilir. Həmçinin xəstəxanada uşaq-pediatrları təkmilləşdirmə kursları təşkil olunur, Yevsey Gindesin təşəbbüsü ilə “Ananın məsləhətçisi” broşürü nəşr olunur.

1907-ci ildə həkim Bakıda yoxsul və aztəminatlı ailələrin uşaqları üçün ilk körpələr evi açır, dörd il sonra vərəmlə mübarizə üzrə Ümumrusiya Liqasının Bakı şöbəsini, ardından Uşaqların Mühafizəsi Liqası, zəif və sağlamlıq vəziyyəti ilə bağlı dərslərində geridə qalan uşaqlar üçün köməkçi sinifləri təşkil edir.

Yevsey Yakovleviç həm şəhərdə, həm də fəhlə qəsəbələrində “Süd damcısı” devizi ilə körpələr üçün pulsuz konsultasiyalar təşkil edir. Sonradan bu konsultasiyalar və müalicə ocaqları Bakıda Uşaq Ölümlərinə qarşı Mübarizə Cəmiyyətinin himayəsi altında birləşir. Cəmiyyət həkimin təşəbbüsü ilə yaradılmışdı. Bu cəmiyyətin müalicəxanasında gündəlik müayinə və konsultasiyaları köhnə Bakının tanınmış uşaq həkimi M.Leybzonla birlikdə həkim Yevsey Gindesin özü aparırdı. Aztəminatlı xəstələr pulsuz qəbul edilir, daha çox imkanı olanlar isə hərəyə 25 qəpik ödəyirdi.

Lakin gözlənilməz hadisə baş verdi: 1913-cü ildə Neft Sənayeçiləri Şurasının həkim-sanitar qurultayının qərarı ilə aztəminatlı ailəlilərin uşaqlarına həddindən artıq təmənnasız və pulsuz yardımına görə Yevsey Gindesi Qara şəhər xəstəxanasında işdən azad etdilər. Görünür Şuranın rəhbərləri Qukasov, Taqionosov və erməni burjuaziyasının digər nümayəndələrini gözü-könlü tox uşaq həkiminin artan şöhrəti narahat etmişdi. Lakin onlar həkim Gindesin işdən çıxarılmasının Bakı ictimaiyyətinin ən geniş təbəqələrində partlayan bomba effekti yaradacağını gözləmirdilər.

Belə ki, “Kaspi” qəzetinin səhifələrində dərc olunmuş həkimlər Qarayev, Abramson, Bronun həkim Gindesə müraciətində deyilirdi: “Sizin xəstəxanadan ayrılmanız barədə xəbəri dərin kədər və səmimi təəssüf hissi ilə qarşıladıq. Biz, gənc həkimlər sizinlə birgə iş prosesində şəxsinizi təkcə istedadlı həkim və təcrübəli rəhbər kimi deyil, həm də özünü fəaliyyətinizdə göstərən peşəsinə dərin məhəbbət və sədaqətli insan olaraq qiymətləndiririk...”

Amma həkim Y.Y.Gindes uzun müddət işsiz qalmadı. 1913-cü ildə qısa müddət ərzində Bakı ictimaiyyətinin, xüsusilə şəhərin aparıcı həkimlərinin təşəbbüsü ilə Yevsey Yakovleviçin rəhbərlik etdiyi “Uşaq Xəstəxanası Cəmiyyəti” yaradıldı. Bu cəmiyyətin yaradılmasının məramı və mexanizmi barədə həkim Əbülfəz Qarayev tərəfindən “Kaspi” qəzetinin səhifələrində geniş şəkildə bəhs edilib. Cəmiyyətin fondu həkim Gindesə dərin hörmət hissləri bəsləyən fəhlələr, qulluqçular, şəhər sakinlərinin könüllü xırda ianələri hesabına yaradılmışdı. Xüsusi marka buraxılmış və toplanan vəsaitlərə tezliklə Şamaxinkada uşaq xəstəxanasının tikintisinə başlanılmışdı (sonradan Ana və Uşaqları Mühafizə İnstitutu adlanıb). Həmin dövrdə Yevsey Yakovleviç Bakı Uşaq Həkimləri Cəmiyyətini təsis edib və universitetin tərkibinə verilənə qədər bu cəmiyyətin rəhbəri olub.

1918-ci ildə - I Dünya müharibəsi başa çatdıqdan sonra həkim Bayılda şəhər uşaq xəstəxanası yaradır və 1922-ci ilədək ona rəhbərlik edir.

Gindesin peşə və ictimai fəaliyyətinin ən fəal zirvəsi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir: o, 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-dək Fətəli-xan Xoyskinin qurduğu hökumətlərin birində səhiyyə naziri vəzifəsini icra edir. Onun səhiyyə naziri seçilməsində AXC qurucusu Məhəmmədəmin Rəsulzadənin də böyük rolu olur. AXC səhiyyə naziri olduğu müddət ərzində ölkədə xəstəliklərlə mübarizə üçün real baza formalaşdıra bilir. Sonradan o, tərcümeyi-halının bu səhifəsini gizlətməli olur və yalnız uşaq həkiminin qeyri-adi şöhrəti və ona olan böyük hörmət sayəsində təqiblərdən və Stalin repressiyalarından qurtula bilir...

1922-ci ildə Şamaxinkadakı uşaq xəstəxanasının tikintisi başa çatır və həkim Gindes bu səhiyyə müəssisəsinin baş həkimi olur. Bir müddət sonra onun təşəbbüsü ilə xəstəxana Pediatriya İnstitutuna, sonralar isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilir. O, 1932-ci ilədək bütün bu müəssisələrin dəyişməz rəhbəri olub.

1933-cü ildə Gindes Bayıldakı uşaq xəstəxanasına baş həkim təyin edilir, 1945-ci ildən isə Həkimləri Təkmilləşdirmə İnstitutunun uşaq xəstəlikləri klinikasına rəhbərlik edir. O, eyni zamanda, xəstəxananın rəhbəri və məsləhətçisi kimi qalır.

Hələ 1906-cı ildə nəinki Bakıda, həm də bütün Cənubi Qafqazda ilk dəfə həkim Gindes özünün çoxdankı arzusunu həyata keçirir - əvvəlcə Buzovnada, sonradan Abşeronun digər dənizkənarı qəsəbələrində uşaq yay sanatoriyaları açır. Bu gün də  bu sanatoriyalar fəaliyyət gösətir. Onlardan biri də Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasıdır.

Lakin uşaq loğmanının tükənməz fantaziyası və enerjisi bununla bitmirdi: artıq 1928-ci ildə Yevsey Yakovleviçin sərəncamında Zığ qəsəbəsinin yaxınlığında inqilabaqədərki gəminin göyərtəsində yerləşən üzən sümük-vərəm xəstəlikləri sanatoriyası var idi.

Yevsey Yakovleviçin elmi fəaliyyəti də geniş və çoxşaxəli olub. O, körpələrdə avitaminozun yeni əlamətlərini təsvir edib, toksikoz zamanı qidalanmanın damcılarla aparılması metodunu tətbiq edib, inqilabaqədərki Rusiyada ilk dəfə Feer xəstəliyinin əlamətlərini bildirib.

Gindesin elmi işlərinin ana xəttini uşaqların fiziki vəziyyəti ilə bağlı terapiyasının qeydiyyatının zəruriliyi ideyası və körpənin psixi vəziyyəti təşkil edir. O, bununla bağlı məktəbdə tərbiyə və uşaq psixologiyasına böyük diqqətlə yanaşırdı. Həkim Gindes Qafqazda ilk dəfə öz monoqrafiyalarında, broşürlərində, məqalələrində azyaşlı cinayətkarlar və əqli qüsuru olan uşaqlarla əlaqədar məsələlərə toxunurdu. Bu əsərlərin bir neçəsi - “Məktəbin ögey oğulları”, "Qüsurlu uşaqlar”, “Keçid yaş dövrü”, “Uşaq cinayətkarlığı haqqında”, “Uşaq şıltaqlıqları” dəfələrlə nəşr olunub və bu gün də aktuallığını itirməyib. 1907-ci ildən etibarən Yevsey Yakovleviçin açdığı və o zaman analoqu olmayan qüsurlu uşaqlar üçün xüsusi siniflər uğurla fəaliyyət göstərirdi.

Ötən əsrin 20-ci illərinin əvvəlində Y.Gindes Azərbaycan Təhsil Komissarlığı nəzdində həddi-buluğa çatmamış cinayətkarlar üzrə Komitənin sədri olur. O, kimsəsiz uşaqlara yardım işində fəal iştirak edir, evsiz azyaşlılar üçün Açıq Qapılar Evi təşkil edir. Çətin tərbiyə olunan, evsiz yeniyetmələrlə böyük iş təcrübəsi Yevsey Yakovleviçin 1922-ci ildə nəşr olunmuş “Uşaq cinayətkarlığı haqqında” broşüründə yer alıb.

Y.Gindes tibbi-pedaqoji mövzulara həsr olunmuş “Tibbin və məktəbin hüdudlarında”, “Uşaqların davranışlarında anomaliyalar (şıltaqlıqlar)” monoqrafiyalarının müəllifidir. Azərbaycan, rus və fransız dillərində ümumilikdə 160-dək əsər həkim Gindesin qələminin məhsuludur. Onun “Analara məsləhətlər”, “Sağlam və xəstə uşaq” broşürləri bir neçə dəfə Azərbaycan dilində işıq üçü görüb.

Qeyd edək ki, Uşaqların xilası üçün gördüyü böyük işlərə görə Gindesi köhnə bakılılar "Uşaqların Allahı" adlandırırdılar. Buna səbəb dəfələrlə Gindesin ölüm vəziyyətində olan uşaqları şəxsən xilas etməsidir.

Y.Gindes 1954-cü il sentyabrın 5-də Bakıda – onun üçün doğma və əziz olan şəhərdə vəfat edib. Yevsey Yakovleviç üçün ən yüksək mükafat bakılıların ona bəslədiyi böyük sevgi, ehtiram və hörmət hissləri idi...

Araşdırmada istifadə edilən mənbələr: "Azərbaycan Xalq Cumhuriyyəti 2 cilddə. I cild",  "AZERTAC".

 

 

Nicat İsmayılov

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Hamısı