Ter-Petrosyan hakimiyyətə gəlir Köçəryanın azad olunması çətinləşir

Analitika 14:55 21.02.2019

Ermənistan hökuməti yalnız iqtisadi sahədə görəcəyi işlə bağlı beşillik fəaliyyət proqramını parlamentdə təqsdiqlədə bilib. Ancaq hökumətin xarici siyasət, Dağlıq Qarabağ münaqişəsinə dair proqramı hələlik elan edilməyib. Ya belə bir proqram yoxdur, ya da çox qarışıqdır. Ona görə də Nikol Paşinyan hökuməti onu elan etməkdən ehtiyatlanır. Çünki hakimiyyətdə hələ də Serj Sarqsyan rejiminin yadigarı, yaxud nişanələri var. Nikol Paşinyan onlardan ya xilas ola bilmir, ya da bu məsələ gələcəkdə siyasi alver üçün vasitə olaraq saxlanılır. Eyni zamanda həmin kadrlar Ermənistandakı xarici təzyiqləri azaltmaq üçün də lazım ola bilər. Ancaq tez-gec həmin vəzifəlilərin işdən azad ediləcəkləri istisna olunmur. 

Əlbəttə, onlardan biri də Ermənistanın hazırkı Prezidenti Armen Sarkisyandır. Onun barəsində bir ilə yaxındır müxtəlif fikirlər söyləyirlər. O, bütün hallarda Serj Sarqsyanın adamı sayılır. Çünki onu Serj Sarqsyan səfir təyin edib. Habelə Armen Sarkisyan Serj Sarqsyanın prezidentliyi dönəmində varlı ictimai-siyasi, dövlət xadiminə çevrilib. O, 2018-ci il aprelin 9-da and içərək rəsmi şəkildə fəaliyyətə başlayıb. Bu mərasim ölkədə etiraz aksiyalarının fonunda keçirilib. Belə bir qarışıq şəraitdə Armen Sarkisyanı prezident etməklə Serj Sarqsyan daha uzun vədəli planını həyata keçirmək niyyətində imiş. Ola bilər ki, baş nazirlik müddəti başa çatandan sonra Serj Sarqsyan yenidən prezident olmaq niyyətində imiş. Armen Sarkisyan isə ondan sonra baş nazir ola bilərmiş. Bütün hallarda hakimiyyət dəyişikliyi bu ehtimalın gerçəkləməsinə imkan vermədi. Serj Sarqsyan indiki prezidentdən Qərbdə qorunmaq üçün də istifadə etməyi nəzərdə tuturmuş. Buna onun əlaqələri də imkan yaradırdı. Qeyd edək ki, yeni prezident parlamentdə 7 il müddətinə seçililir. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Armen Sarkisyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizədi olub. O, 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın Baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiri olub. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 65 yaşlı Armen Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Həmin əlaqələr Armen Sarkisyana indi lazımdır.

Əslində, Nikol Paşinyanın təmsil etdiyi siyasi qüvvələr bir sıra mərhələni başa vurub. Parlament seçkiləri keçirib, hökumətin yarımçıq belə olsa proqramını qəbul edib, eks-prezident Robert Köçəryan başda olmaqla rusiyayönümlü bəzi qüvvələr barəsində ibtidai istintaq başa çatıb. Düzdür, çoxsaylı çətinliklər və problemlər hələ də həll edilməyib. Baş verənlərə əsasən, demək olar ki, rəsmi Yerevan hakimiyyəti və ölkənin siyasi elitasının rusiyayönümlülər və serjçilərdən təmizləməyi qarşısına əsas hədəf olaraq qoyub. Belə şəraitdə Armen Sarkisyanın vəziyyəti heç də yaxşı görünmür. Avropa ölkələrinə və ABŞ-a səfərlərin də bu rahatsızlıqdan doğduğu istisna edilmir. O, prezident olandan sonra son on ayda 2 dəfə ABŞ-da, 7 dəfə Rusiyada səfərdə olub. Yeri gəlmişkən, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenə onun verdiyi sual ABŞ-da qəzet manşeti olub. O, Münhen Təhlükəsizlik Konfransında keçmiş vitse-prezidentdən 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyini soruşub: “Siz namizədliyinizi irəli sürməyə hazırlaşırsınız?” Co Bayden pıçıltı ilə cavab verdiyindən onun söylədikləri eşidilməyib. Ancaq bir az sonra Armen Sarkisyana öz vizit kartını verib. Co Baydenlə Armen Sarkisyan arasında bu dialoq nədənsə sovet bəstəkarı Aram Xaçaturyanla İspaniyanın məşhur rəssamı Salvador Dalinin "görüşü"nü yada saldı. Salvador Dali barədə ən məşhur hekayələrdən maraqlısı “Sabre dance”nin (“Qılıncların rəqsi”, “Qayana” baleti) müəllifi olan erməni bəstəkarla görüşüdür. Aram Xaçaturyan İspaniyaya qastrola gedəndə jurnalistlər bundan soruşurlar ki, bu ölkədə nə etmək istəyərdi? O da deyib ki, Salvador Dali ilə görüşməyi çox arzulayır. Aram Xaçaturyan gedir Salvador Dali ilə görüşməyə. Rəssamın xidmətçiləri ondan  bir az gözləməsini istəyirlər. Aram Xaçaturyan üç saata yaxın gözləyir, dirəşir. Axırda Salvador Dali qapını açır, Aram Xaçaturyanın "Sabre dance"ni qoyur, tam çılpaq süpürgəni at kimi minərək bir əlində də çubuğu qılınc kimi oynada-oynada erməni bəstəkarın ətrafında bir dövrə vuraraq deyir: “Sənin dəyərin mənin gözümdə bundan ibarətdir”. Sonra qapını yenidən bağlayırlar. Co Bayden də Armen Sarkisyana vizit kartı verməklə sanki bildirir: “Sənə bu kart lazımdır. Başqa məsələlərin sənə aidiyyəti yoxdur”. Armen Sakisyan Avropa, ABŞ və Rusiya yollarında qalsa da, Ermənistan KİV-inin yazdığına əsasən, Nikol Paşinyan eks-prezident Levon Ter-Petrosyanla az qala hər gün məsləhətləşir.

Yeri gəlmişkən, son günlərdə keçmiş prezidentin adamları Tiqran Akopyan və Vladimir Karapetyanın vəzifəyə təyin edilməsi də onların tez-tez ünsiyyətdə olduqlarını təsdiqləyir. Qeyd edək ki, Tiqran Akopyan Ermənistan Televiziya və Radio Komissiyasının sədri, Vladimir Karapetyan isə Nikol Paşinyanın mətbuat katibi təyin olunub. Hakimiyyətə yaxın çevrələr bildirirlər ki, Ermənistan Baş nazirinin xarici siyasət sahəsində əsas müşaviri Ter-Petrosyandır: “Bildiyimizə görə, Nikol Paşinyan gün ərzində “Baba” (Ter-Petrosyanı nəzərdə tuturlar - S.İ.) ilə konkret saatlarda telefonla məsləhətləşir. Robert Köçəryanın oyundan tez çıxarılması ideyasını ona Ter-Petrosyan verib”. Son zamanlar Ermənistanın ilk prezidentinin Yerevandakı xarici səfirlərlə görüşlərinin intensivləşdiyi də deyilir. O hətta bu günlərdə İtaliya səfiri ilə görüşüb. Görüşün təşəbbüskarı səfirin özü olub. Belə görüşlər eks-prezidentin nüfuzunun qaldığını, habelə Nikol Paşinyana “babalıq” etdiyini göstərir. Nikol Paşinyanın əsas kadr bazasını levonçuların təşkil etdiyi də sirr deyil. Baş nazir konstitusiyada islahat aparılacağını də bir müddət əvvəl bildirmişdi. Bu məsələ Ermənistan parlamentində müxalifət rolunda çıxış edən İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan tərəfindən bu yaxınlarda yenə səslənib. O, Əsas Qanuna dəyişikliklərlə bağlı layihə hazırladığını bildirib. Müxalifət lideri deyib ki, Baş nazir “supermen” deyil. Edmon Marukyan Baş nazirin səlahiyyətlərinin azaldılmasını söyləyib. Erməni Milli Konqresi Partiyası isə cari il ərzində yarı-prezident idarəetmə sisteminə qayıtmaq məsələsi ilə bağlı konstitusiya referendumunun keçirilməsini təklif edib.

Nəhayət, martın 1-də Nikol Paşinyan 2008-ci ilin bu günündə baş vermiş hadisələrlə bağlı yürüş-mitinq keçirməyi planlaşdırır. Həmin aksiyada onun xüsusi müraciəti olacaq. Nikol Paşinyan deyib: “Bu yürüş zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiya və qanunsuzluğa qarşı olacaq”. Bunu həm də Ter-Petrosyanın Robert Köçəryan və Serj Sarqsyan üzrəində qələbəsi kimi də dəyərləndirmək olar. Ancaq qələbə hələ tam deyil. Bu, Ter-Petrosyan pərdə arxasından çıxaraq, siyasi səhnədəki rolunu oynamağa başlayanda baş verə bilər. Odur ki, Ter-Petrosyanın addımı səsi hakimiyyətin lap yaxınlığında eşdilməyə başlayır. Hələlik isə Nikol Paşinyan levonçuları hökumətdə yerləşdirməklə məşğuldur. 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı