Erməni cinayətləri Tələt Paşa qətlinin pərdə arxası

Analitika 17:52 24.04.2019

Birinci Dünya müharibəsi Osmanlı İmperiyası və onun müttəfiqləri baxımından mğlubiyyətlə bitmişdi. Mudros müqaviləsindən sonra Osmanlı ordusu silahlarını buraxmış və təslim olmuşdu. Dövrün komandirləri qurban edilməmək üçün ölkəni tərk etməyə başladılar. Daxili işlər naziri Tələt Paşa 1918-ci ilin oktyabrda istefa verdi. Noyabrın 1-də Ənvər, Camal və Bahəddin Şakir Paşa ilə birlikdə İstanbulu tərk etdi. Tələt Paşa yaşamaq üçün Berlini seçdi və burada sadə bir həyata başladı. Əlbəttə ki, o düşmənlərdən gizlənmək üçün burada başqa bir ad və pasportla yaşayırdı.

Bu vaxt ermənilər mənfur planlarını qurmaqda idi. Birinci dünya müharibəsi dövründə ermənilərin köçürülməsi zamanı ölən ermənilərin intiqamlarını almaq düşüncəsiylə osmanlı liderlərinə sui-qəsdlər etməyə qərar vermişdilər. Onlar bu əməliyyatı “Nemesis” (Yunan ədalət və intiqam ilahəsi) adlandırmışdı. Əməliyyatları idarə etmək üçün də ABŞ-dan olan erməni Şaham Natali (Haqop Der Haqopyan) vəzifələndirilmişdi. O, Tələt Paşanın harada yaşadığı haqqında məlumatlar toplayaraq bunu agentinə verdi. 15 mart 1921-ci ildə Berlinə göndərilən killer Solomon Teyliryan adlı erməni sui-qəsdi gerçəkləşdirdi. Axşam 11 radələrində evinə qayıdan paşanı qapının önündə başından vuraraq qətlə yetirdi. Qatil silahı atıb qaçmaq istəyərkən ətrafdakı almanlar onu tutub polisə təslim etdi. O, 24 yaşlı tələbə idi və tutulanda cibindən 12 min mark çıxmışdı.

Paşanın üstündən isə Əli Səid adlı pasport çıxdığından əvvəlcə onun şəxsiyyətini təsbit etmək mümkün olmamışdı. Hadisəni uzaqdan görən dostu türkiyəli Səlim bəyin səyi ilə polis protokollarına Tələt Paşanın öldürüldüyü yazıldı. Tələt Paşanın cənazəsi 19 martda dəfn olunmaq üçün vətəninə göndərildi.


Soldan üçüncü Tələt Paşa

Solomonun ifadəsi

Qatil Solomon isə məhkəmədə cinayəti şəxsən törətdiyini və bundan peşman olmadığını bildirmişdi:

"Almaniyaya bir məqsəd üçün gəlmişdim: Tələt Paşanı öldürmək. Ailəm 1915-ci ildə ermənilərin köçürülməsi zamanı ölüb, mən təsadüfən sağ qalmışam. O vaxt onu öldürmək üçün and içdim. Bəzi erməni mənşəli vətəndaşlar bu işə görə mənə pul verdi. Uzun müddət Berlində oldum. Bir neçə həftə əvvəl Tələt Paşanın evi ilə üzbəüz binada ev tutub qaldım. Ona rahatlıqla nəzarət edib, vərdişlərini əzbərlədim. Ermənilərin qatili Tələt Paşanın öldüyünü eşidən vətəndaşlarımız rahat nəfəs alacaq və bu uğurumdan dolayı mənimlə fəxr edəcəklər. Mən adam öldürmüşəm, amma qatil deyiləm. Məsuliyyəti tam üzərimə götürürəm”.

Maraqlıdır ki, 60 il sonra Türkiyə Xarici işlər orqanı əməkdaşlarını öldürən ASALA üzvləri də eyni şeyləri söyləyəcəkdi.


Erməni killer Solomon və məzarı

Qərəzli məhkəmə qərarı: Qatil həbs olunmadı

Məhkəmədə uzun danışıqlardan sonra yekun çıxışlar edildi. Prokuror cinayətin siyasi zəmində törədildiyini və xalqların düşmənliyinə yol açacağını bildirdi. Daha sonra Solomon üçün ermənilər tərəfindən 426 min mark qarşılığında tutulmuş 3 güclü vəkil çıxış etdi.

3 İyun 1921-ci ildə məhkəmənin münsfilər heyətinin rəhbəri Otto Renke qərarını açıqladı: 

"Şübhəli Solomon Teyliryan 15 Mart 1921-ci ildə Tələt Paşanı qəsdən öldürməkdən günahkar deyil”. Solomon məhkəmə zalından azadlığa buraxıldı. Prokuror məhkəmə prosesinin səhv qərar çıxardığını deyərək etirazını bildirsə də, bir neçə gün sonra müəmmalı şəkildə ərizəsini geri çəkdi. Bununla da alman məhkəməsi qərəzli mövqeyini göstərməklə erməni terror təşkilatların ın növbəti cinayətlərinə yol açdı.

Qeyd edək ki...

Mehmet Tələt Paşa 17 Avqust 1874-cü ildə Ədirnədə anadan olub. Hərbi Liseydə təhsil alıb. Ədirnə Poçt və Teleqraf İdarəsində yazıçı vəzifəsində çalışıb. Gənc Türk hərəkatına qoşulub. 1895-ci ildə həbs olunub. 1903-cü ildə Selanik Teleqraf İdarəsinin katibi təyin edilib. 1908-ci ildə Məclis üzvü seçilib. Daha sonra Daxili İşlər naziri təyin edilib.

Paşa Berlin xatirələrində yazırdı: "Məni bir gün küçədə vuracaqlar. Alnımdan qan axacaq. Amma ziyanı yoxdur, vursunlar, vətən mənim ölümümlə bir şey itirməz. Bir Tələt gedər, min Tələt gələr”.

Qeyd edək ki, Tələt Paşanın qatili 1960-cı il mayın 23-də San-Fransiskoda vəfat edib.




Tələt, Ənvər və Xəlil Paşa

Amin Nəzərli


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı