İnsanlar ölüm vaxtlarını bilsəydi... Oğuz Ayvaz yazır

Yazarlar 15:00 14.06.2023

Təsəvvür edin ki, bir gün telefonunuza mesaj gəlir: Ölümünə 1 il, 2 gün, 4 saat qalıb. İnsan bu həqiqətlə necə barışar? Necə yaşayar?

Bu mesaj dünyanın dörd tərəfinə göndərilərsə, insanlar yəqin ki, işlərindən çıxar, yaşamağın qulpundan yapışarlar. Müharibələr də dayanar. ABŞ prezidentinin nəyinə lazım daha Əfqanıstanı bombalamaq? Terrorçuların nə işinə gərək kütləvi ixtişaşlar etmək?

Hər kəs, bütün insanlar ancaq bir şey haqda düşünəcək: Qısa ömrümdə nəsə etmək, edə bilmədiyim işləri həll etmək. Nədənsə yaşamaqdan danışanda Tolstoyun "İvan İliçin ölümü”, Cek Londonun "Həyat eşqi” hekayəsi, rejissor Kurasavanın "Yaşamaq” filmi, bir də Nazim Hikmetin "Yaşamğa dair" şeiri yadıma düşür. Şəxsən mənim ömrümə 3-4 il qalsa, bu illər ərzində həyatımın qalan hissəsini təbiətin qoynunda keçirərdim. Təbiətə köçər, orada yaşayardım. Ən incə detallardan belə zövq alar, hər günümü sonmuş kimi yaşamağa çalışardım.

Bir fikirləşin, xəstə bir adam yataqda can verir, yaşamağına ümid yoxdur. Ona qulluq edən baxıcının isə ölümünə 90 gün qalıb. Tutaq ki, xəstə adam sağalacaq, uzun illər yaşayacaq. Həyat bu cür qəribədir. Baxıcı xəstəyə xidmət edərkən bu həqiqəti bilməyəcək. Axı o nə bilsin ki, ölümlə çarpışan xəstə yox, onun özü dünyadan köçəcək.

Hə... Onu deyirdim axı... Həyatın ədaləti yoxdu! Gözləmədiyimiz anda bizə amansız zərbələr endirir. Bir də baxırıq ki, ömür dediyimiz yol finiş xəttinə çatıb. Bir də görürsən ki, bir daş yığınısan. Səndən geriyə 3-4 foto, bir az da xatirələr qalıb. O fotolarla xatırlanırsan, sənə ağlayırlar. Bu da olsun, bir il. Şairin dediyi kimi, ən böyük kədərlər bir il çəkər.

Həyat doğrudan da çox qısadır. Tək nəfəsdə keçib gedir və bunun fərqinə vardığımızda artıq gec olur. Gözünü açırsan, günlər qatar sürəti kimi şığıyır.

Yadıma bir filmdəki dialoq düşür.

Bir adam həkimin yanına gəlir:

- Mən yaşamaq istəmirəm.

- Nə danışırsan? Həyat çox gözəldi. Məsələn, mən dünən bir sirkə getdim, kloun məni xeyli əyləndirdi.

- Həkim, həmin kloun mən idim.

Başqa bir filmdən misal. Məşhur İran rejissoru Abbas Kiarostaminin "Gilasın dadı” filmi… İntihar etmək istəyən bir adamın hekayəsi. Qəhrəman maşını ilə yoldan keçən adamlardan məzarının üstünə torpaq atması üçün dil-ağız edir, üstəlik yaxşı pul da vəd edir. Üç adamla ünsiyyətdə olur, yalnız biri onun təklifini qəbul edir. Təklifi qəbul edən qoca türk kişi bir gün sübh tezdən tut ağacından özünü asmaq istəyən bir adamın hekayəsini danışır: 

"Tut ağacına dırmaşdım. Günəş yenicə doğurdu. Tutun qoxusu burnumu deşirdi. Dadına baxdım. Çox xoşuma gəldi. Yeməyə başladım. Bir də gördüm ki, gün parıldayır, quşların cikkiltisi qulaqlarımda cingildəyir. Məktəbə gedən uşaqlar ağacın ətrafında peyda oldu. Onlar da tut istədilər. Ağacı silkələdim. Uşaqlar da yedi. Sonra bir vedrə tut yığıb arvadıma, uşaqlarıma apardım və beləcə intihar etməyi unutdum. Bir tut həyatımı xilas etdi”.

Doğuluşum, kəndimiz, həyətimizdəki başı kirəmitli evimiz, bağçamızda aramsız hürən alabaş itimiz, uşaqlığım, ilk sevdiyim qız, dostlarım, atam, anam, hətta ilk gördüyüm insanlar, başıma gələn saysız-hesabsız, maraqlı-maraqsız əhvalatlar, başqalarının danışdığı cürbəcür hekayətlər, oxuduğum kitablar, getdiyim yerlər, baxdığım rəsm tabloları, son zəng, məktəbə getdiyim ilk gün, balaca vaxtı dörd-beş uşaqla dalaşıb ilk dəfə burnumun qanaması, güvəndiyim dostlarımın çıxıb getməsi, dünyada gedən hadisələr – bu və bu kimi minlərcə, bəlkə də milyonlarca sadalamadığım şeylərin hamısı mənim xatirimdədir və inanmıram ki, mən bir gün yaşadığım bu anları unuda biləcəm.

Şekspir necə deyirdi: "Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə mən əlimdən gələni etdim deyəsən”.

Həyat xatırlamaq üçündür. Bu haqda Markesin "Anlatmaq üçün yaşamaq” memuar romanı var. O romanda Markes bütün həyatını xatırlayır və belə bir qənaətə gəlir: gərək elə bir həyat yaşayasan ki, o həyatı danışa biləsən, kimlərləsə bölüşəsən. Yoxsa qupquru, mənasız bir həyatı kimə danışasan? O qədər ətrafımızda adamlar var ki, əhvalatları yoxdur, danışacaq söhbət tapa bilmirlər. Niyə? Çünki yaşamayıblar. Həyatı hiss etməyiblər. Eləcə vaxt öldürüblər.

Həyat bütövlükdə gözəldir. Kədər, sevinc, bədbəxtlik, tənhalıq və s. Bunlar bir-birinə bağlıdır və həyat bunlarsız boş çələngə bənzəyir. Siz heç kədəri olmayan bir xoşbəxt həyat görmüsünüz? Mən görməmişəm. Sezen Aksunun da dediyi kimi, xoşbəxtlik həmişə çətinliklərdən sonra gözəl olur. Havayı xoşbəxtlikdən ləzzət ala bilməzsən. Həyatındakı hər şeyə gərək ki, sinə gərəsən, onun ləzzətini çıxarasan. Kədəri də, sevinci də...

Nə olur-olsun, bütün bunlar bizi bütövləşdirməyə, həyatımıza məna qatmağa yarayır. O insan ki, kədərini də, sevincini də anlamır və yaxud onların həyatında daşıdığı amalı başa düşmür mənə elə gəlir ki, o ömrü boyu yaşamayıb, sadəcə olaraq görüntüsü olub.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Hamısı