Ermənilərin “humanitar yardım” təxribatı nəyə hesablanıb? Əkbər Şəbəndəyev yazır

Yazarlar 16:50 27.07.2023
 
Ermənistan Respublikasının dünən günorta saatlarında “humanitar yük” adı altında göndərdiyi avtomobil konvoylarının Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılması, bugün səhər saatlarından Ermənistan hökümətinin dünyaya car çəkərək özlərini haqsızlığa uğraması kimi qələmə verilib.
 
Ermənistan hökümətinin bugün səhər saatlarında Brüssel görüşünü heç sayaraq, başlatdıqları əsassız ittihamları və qarayaxma kampaniyası ilə vəziyyəti çox gərgin hala gətirməyə çalışıblar. 
 
Azərbaycan tərəfinə qarşı bildirilən fikirlərə nəzər yetirək və onların hansı səviyyədə haqlı olduqlarına baxaq...
 
Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter” platforması üzərindən, Azərbaycan Respublikasının aldığı qərarların əssasız və tamamilə “Dağlıq Qarabağ” xalqını “acından öldürmək və soyqırım etmək” məqsədləri olduğunu söyləyib.
 
Bundan savayı ABŞ konqresmeni Frank Pallone və Paris regionunun deputatı Patrik Karam kimi şəxslər də bu Paşinyanın həmin bu “biabırçı” çağırışına əlavə edərək: “Azərbaycan höküməti etnik təmizləmə edir. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir və Azərbaycana sanksiyalar tətbiq etməlidir” – deyə fikirlər bildiriblər.
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsəni Cosep Borellin də bu məsələ də Ermənistan tərəfində durması da nəzərlərdən yayınmayıb. 
Əslində isə bütün bu açıqlamalar çox gülünc və əsassızdır. Bu oyun tam şəkildə Ermənistan diasporasının qurduğu növbəti ssenaridir. Avropa İttifaqı özü də yaxşı bilməlidir ki, erməni yalanlarına qarışması bariz şəkildə Azərbaycanın suverenliyinə hörmətsizlik aktıdır və məsələni daha da gərginləşdirəcək. Əgər Aİ həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə, Azərbaycan ərazisində yaşayan Qərbi Azərbaycanlıların və bütün qarabağlıların öz ərazilərinə qayıtmasını hüququnu da dəstəkləməlidir.
 
Ona görə də Ermənistan höküməti də çox yaxşı bilir ki, vəziyyət qaçınılmazdır və sadəcə məqsədləri danışıqlarda Qərbi daxil edib məsələni olduqca uzatmaqdır. 
Bəs nəyə görə ermənilər bu qədər vəziyyətdən narahatdılar?
 
Səbəbi aydındır ki, Azərbaycan Respublikası bildirib ki, sülhməramlılar təminat istəyirsə, Azərbaycan tərəfdən Rusiya öz yüklərini apara bilərlər və o Ağdam – Xankəndi yolu ilə mümkündür. Sözsüz ki, Ermənistan buna qarşı çıxır çünki, buna razılıq verilsə Azərbaycanın Qarabağ ermənilərini inteqrasiya prosesi asanlaşacaq. Ermənistan isə bu qədər asanlıqla boyun əyməkdən qaçır. Çünki ermənilər hələ də Qarabağda status-kvonun saxlanılmasına ümid bəsləyirlər. İkinci Qarabağ Müharibəsinin gerçəkləri ilə hələ də razılaşmaq istəmirlər. Sözsüz Brüsseldə alınan qərarlar baş versə Ermənistan tərəfi artıq Qərbdən istədiyi dəstəyi ala bilməyəcək çünki, bu da Beynəlxalq Hüquqa tamamilə zidd olacaqdır.
 
Beynəlxalq hüquqdan da eyni zaman da sitat gətirək ki, orada sərbəst hərəkət etmək hüququ vardır. Bu hüquq Azərbaycanın Konstitusiyasında da təsbit edilib. Bu o deməkdir ki, Qarabağ daxilində yaşayan ermənilər rəsmi olaraq Azərbaycan vətəndaşı sayılırlar və onlara cavabdehliyi də ölkənin höküməti daşıyır. 
 
Nəticə etibarı ilə söyləyə bilərik ki, səslənən fikirlərin sadəcə vəziyyəti gərginləşdirmək və manipulyasiya xarakteri daşıdığı açıq-aşkar görünür. Həm Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz açıqlamalarında, həm də Azərbaycan XİN bəyənatında məsələnin tam əsassız olduğunu və ermənilərin sadəcə təxribat törətmək hədəfləri olduğunu, eyni zamanda bu kimi addımlardan əl çəkməyi tələb ediblər.
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Hamısı