Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında yerləşən Hakurk bölgəsində PKK-nın mövqelərini bombalayır.
Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların silah anbarı kimi istifadə etdiyi 4 məntəqəsini məhv edib.
Dünəndən başlayan əməliyyatlar çərçivəsində indiyədək terrorçulara aid müxtəlif hədəflər vurulur.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəhbərliyinin rəsmi Tvitter hesabından edilən paylaşıma görə, əməliyyatlar davam etdirilir.