Türkiyənin Tunceli bölgəsinin Ovacık mahalında Milli İstehbarat Təşkilatının bölgə müdirliyi və yerli jandarma qüvvələrinin birgə keçirdiyi, eyni zamanda F-16 təyyarələrinin də havadan dəstək verdiyi əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib.
Bu barədə Tunceli Valiliyi açıqlama yayıb.
Zərərsizləşdirilən PKK-çılardan birinin axtarışda olan terrorçuların boz siyahısındakı “Şevger” kod adlı Zeynal Kiçik, digərinin isə “Fuat Fikri” kod adlı Fuad Ağqaya olduğu müəyyən edilib.