ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Əbu-Kamal bölgəsinə endirdiyi aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub.
Bu haqda AFP agentliyi öz "Twitter" hesabında məlumat yayıb.
----------
Pentaqon ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya zərbə endirdirməsi barədə xəbəri təkzib edib.
Bu barədə Trend-ə bu barədə Pentaqonun nümayəndəsi Edrian Rankayn-Qallouey bildirib.
Pentaqonun nümayəndəsi deyib: "Bu ABŞ-ın və ya koalisiyanın zərbəsi deyil".
Qeyd edək ki, daha əvvəl Suriyanın "Sana" dövlət informasiya agentliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Əbu-Kemal şəhərində Suriya ordusunun mövqeyinə hava zərbələri endirdiyi barədə məlumat yaymışdı.
----------
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Bu-Kemal şəhərində Suriya ordusunun mövqeyinə hava zərbələri endirib.
Bu barədə Suriyanın "Sana" dövlət informasiya agentliyinə hərbi mənbə bildirib.
Mənbənin sözlərinə görə, hava zərbələri nəticəsində ölənlər və yaralananlar var. Onların sayı açıqlanmır.