Suriyada Bəşər Əsəd rejimi və İrana bağlı qüvvələr ölkənin cənubundakı Deraya genişmiqyaslı əməliyyata başlayıb.
Rejim qüvvələri Deranın şimal və şərq kəndini intensiv bombardmana məruz qoyub. Əsəd və iranlı qüvvələr Deranın Haray, Naxta, Büşra Harir, Dellafa, Miskiyə və Hirak bölgələrinə hücumlar təşkil edir.
Qeyd edək ki, sözügedən bölgə ilə bağlı ABŞ və Rusiya müzakirələr aparır.