Taliban döyüşçüləri Əfqanıstanın Qəznə şəhərində yerləşən polis məntəqəsinə hücum edib.
Bu barədə Qəznə valiliyinin sözçüsü Aref Nuri danışıb.
Nurinin sözlərinə görə, hücum zamanı 6 polis əməkdaşı öldürülüb, daha 4-ü yaralanıb.
Polisin cavab atəşi ilə 7 Taliban döyüşçüsü məhv edilib.