Əfqanıstanın Qəznə əyalətində Müdafiə naziri Tarik Şah Bəhraminin olduğu valilik binasına raket atılıb.
Valilik sözçüsü Arif Nuri nazirin qatıldığı təhlükəsizlik iclasının keçirildiyi binaya hücum zamanı 8 nəfərin yaralandığını açıqlayıb. Nazir hadisə zamanı xəsarət almayıb və dərhal toplantını ləğv edərək, binanı tərk edib.
Hücumun məsuliyyətini Taliban qruplaşması üzərinə götürüb.