Hazırda Suriyada təhlükəsizlik zonalarının cənub hissəsində İran gücləri yoxdur.
Bu haqda Suriyada nizama salınma üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev jurnalistlərə bildirib.
O qeyd edib ki, hazırda bu zonada mülayim qruplaşmalarla normallaşma prosesi keçirilir, İŞİD və “An-Nüsra” Cəbhəsi terror təşkilatları ilə mübarizə davam edir.
Xüsusi nümayəndə Suriyanın cənubunda İran hərbi məsləhətçiləri olduğunu vurğulayıb.