İsrail ordusu Suriyanın Hələb vilayətinə raket zərbələri endirib.
Hücum nəticəsində Bəşər Əsəd ordusunun Neyrəb hava limanı yaxınlığındakı hərbi bazası dağılıb.
Suriya Müdafiə Nazirliyi yayılmış məlumatları təsdiq edib.
Hücum nəticəsində ölən və yaralananlar olmasa da, baza tamamilə məhv edilib.