Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Bununla bağlı “Anadolu” agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.
Əməliyyat terrorçular silah, narkotik və sursatla təmin edildiyi zaman baş tutub.
Məlumatlara görə, hücum zamanı terror təşkilatının liderlərindən olan “Delil Karakoçan” ləqəbli Hasan Çakmak məhv edilib.
Hücumla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.