Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Məlumata görə, əməliyyat nəticəsində PKK terror təşkilatının 7 döyüşçüsü, habelə silah-sursat anbarları məhv edilib.
Bildirilir ki, zərərsizləşdirilən terrorçular Türkiyə bazalarına hücum planlaşdırırmış.