İsrailin HƏMAS-ın mənzil-qərargahının məhv etməsi anı - VİDEO | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


İsrailin HƏMAS-ın mənzil-qərargahının məhv etməsi anı - VİDEO

Münaqişələr A- A A+

İsrail ordusu noyabrın 12-si günün ikinci yarısında və noyabrın 13-nə keçən gecə aviasiya və artilleriya zərbələri ilə Qəzza zolağından gələn raket atəşlərinə cavab verib.

Eurasia Diary-nin Life.ru-ya istinadən verdiyi məlumatına görə, hərbçilər öz “Twitter” səhifələrində Qəzza  zolağında HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahının məhv edilməsinə dair videogörüntülər yayımlayıblar.

“Qəzza zolağından terrorçuların bizə yönəltdiyi 300 raket zərbəsinə qarşı HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahına zərbələr endirdik. Məhz həmin qərargahda HƏMAS xüsusi əməliyyat qrupu israillilərə hücum etmək üçün informasiya toplayırdılar. HƏMAS qəsdən öz qərargahını məktəbin yaxınlığında yaradıb”, - deyə videogörüntülərdə qeyd edilir.

Xatırladaq ki, bundan öncə İsrail aviasiya qüvvələri “Əl-Əksa” telekanalının binasını və Qəzza zolağının mərkəzində yerləşən “Amal” mehmanxanasını zərbələr endirmişdilər. Onlar bunu həmin binalarda HƏMAS qüvvələrinin yerləşməsi ilə əsaslandırmışdılar.

Həmçinin, İsrail ordusu ölkə şəhərlərinin HƏMAS və “İslam cihadçıları” təşkilatının üzvləri tərəfindən atəşə tutulması barədə videogörüntülər dərc etmişdilər. İsrail tərəfinin verdiyi məlumata görə, fələstinlilərin açdığı atəş nəticəsində 53 israilli həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...