İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.
Ednews xəbər verir ki, bu barədə İranın "Əl-Aləm" telekanalı məlumat yayıb.
Bundan əvvəl Suriyanın SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdəki evə hücum etdiyini bildirib.
İranın yerli telekanalının məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. "Tasnim" agentliyi 6 nəfərin partlayış nəticəsində həlak olduğunu açıqlayıb.