Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür

Mədəniyyət 11:25 20.04.2024

Aprelin 20-si Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.

Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən “Katarina” (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), “Elvira” (“Don Juan”, Jan Batist Molyer), “Yelizaveta” (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Aktrisa milli klassik operettalarımızın tamaşalarında “Gülpəri”, “Cahan xala”, “Sənəm” (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), “Mələk xanım” və “Kələk xanım” (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində “Fatmanisə” (“Ögey ana”), “Telli” (“Böyük dayaq”), “Züleyxa” (“Ulduz”), “Cənnət xala” (“Qayınana”), “Gülsüm” (“Molla Fətəlinin sərgüzəşti”), “Əsli xala” (“Bəyin oğurlanması”) rolları daha şöhrətlidir.

1978-ci ildə çəkilən “Qayınana” filmində yaratdığı “Cənnət” obrazı Nəsibə xanımın yaradıcılığında sanki bir möhür olur. O filmdən sonra onu hətta “XX əsrin qayınanası” adlandırırlar.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1967-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı “Qızbacı” roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO

Xəbər xətti

Nazir: "İqlim maliyyələşdirilməsi ilə bağlı vəd edilən milyardlar COP29-da trilyonlara çevrilməlidir"
18:34 03.05.2024
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
18:14 03.05.2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:45 03.05.2024
Şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
17:20 03.05.2024
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
17:19 03.05.2024
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
17:17 03.05.2024
Tarif Şurasından QƏRAR Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
17:09 03.05.2024
İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO
17:00 03.05.2024
Bakıda və Abşeron yarımadasında külək GÜCLƏNİB
16:50 03.05.2024
Hərbçimiz Kəlbəcərdə yol qəzasında həlak oldu - Yaralılar var
16:41 03.05.2024
Azərbaycan XİN-dən Britaniya səfirinə cavab: Mediamız azad, demokratikdir
16:16 03.05.2024
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:10 03.05.2024
Azərbaycanda azsaylı xalqların dilində dərsliklər ÇAP EDİLDİ
15:52 03.05.2024
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
15:43 03.05.2024
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak EDƏCƏKLƏR
15:38 03.05.2024
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
15:32 03.05.2024
May ayında niyə toy ETMƏK OLMAZ? - Astroloq və ilahiyyatçı AÇIQLAYIR
15:30 03.05.2024
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
15:15 03.05.2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
15:12 03.05.2024
Yunis Səfərov ömürlük HƏBSDƏ QALACAQ
14:52 03.05.2024
"Rusiyanın hərbi uğursuzluğu göz qabağındadır" - Fransa Ukraynada 150 min rus əsgərinin öldürüldüyünü təxmin edir
"Rusiyanın hərbi uğursuzluğu göz qabağındadır" - Fransa Ukraynada 150 min rus əsgərinin öldürüldüyünü təxmin edir
14:46 03.05.2024
"COP29.az" vebsaytı istifadəyə VERİLDİ
14:41 03.05.2024
Peskovdan Fransaya xəbərdarlıq
Peskovdan Fransaya xəbərdarlıq
14:40 03.05.2024
Erməni revanşistləri şəhərin müxtəlif yerlərində Azərbaycan toponimləri ilə vərəqələr yapışdırırlar - FOTO
14:35 03.05.2024
Qazprom tarixinin ən böyük itkilərindən birini açıqladı
Qazprom tarixinin ən böyük itkilərindən birini açıqladı
14:34 03.05.2024
Xarici agentlər qanunu: Qonşu ölkə üçün dönüş nöqtəsi? - Keçmiş Gürcüstan naziri ŞƏRH EDİR
14:30 03.05.2024
Bakıda bu küçədəki məhdudiyyət aradan QALDIRILDI
14:25 03.05.2024
Kəlbəcər şəhərində turizm obyektləri inşa OLUNACAQ
14:13 03.05.2024
Dilan Polat həbsxanada intihara cəhd edib
14:10 03.05.2024
Tovuz Gömrük İdarəsində əməliyyat: Cinayət işi AÇILDI
14:05 03.05.2024
Almaniyalı jurnalist Ümumdünya Mətbuat Azadlığı Günündən danışdı - ÖZƏL
14:00 03.05.2024
"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü
"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü
13:52 03.05.2024
Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib
13:47 03.05.2024
Energetika Nazirliyi və ACWA Power arasında 200 MVt-lıq BESS ilə bağlı Müqavilə imzalanıb
Energetika Nazirliyi və ACWA Power arasında 200 MVt-lıq BESS ilə bağlı Müqavilə imzalanıb
13:46 03.05.2024
AFFA İntizam Komitəsi Premyer Liqanın 3 oyunu ilə bağlı cəzaları açıqlayıb
13:38 03.05.2024
Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
13:28 03.05.2024
Azərbaycanın lizinq şirkəti 1 milyon manatlıq istiqraz buraxır
Azərbaycanın lizinq şirkəti 1 milyon manatlıq istiqraz buraxır
13:20 03.05.2024
Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
13:06 03.05.2024
Şənbə gününün hava proqnozu
12:52 03.05.2024
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
12:36 03.05.2024
Hamısı