Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskini noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdaliyev x sosial şəbəkəsində paylaşım edib.
Mərdaliyev Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə Kiyevdə görüşdüyünü qeyd edib.
"Azərbaycan Prezidenti İlham əliyevin Bakıda COP29 - da iştirak etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etməkdən şərəf duydum" - diplomat yazıb.
Xəyal Ramiz