Eurasia Diary xəbər verir ki, dünya birjalarında neftin qiyməti bahalaşıb. “Bloomberg”in verdiyi məlumata görə Brent markalı neftin bareli bu səhər 79.08 dollara qalxıb. “AZƏRTAC”dan alınan məlumata əsasən isə Azer Light markalı neftin bareli isə 80.66 dollar olub.
Qeyd edək ki, son zamanlar neft qiymətinin bahalaşması ABŞ-la İran arasında olan gərgin münasibətlər səbəb olub. Lakin, ekspertlər belə hesab edir ki, Çin-ABŞ ticarət savaşı davam etsə, Çin istehsalı zəifləyəcək və bu neftə olan tələbatı azaldacaq. Bütün bu hadisələr uzun zaman müddətində neftin qiymətini ucuzlaşdıracaq.