Bu gün dünya birjalarında neft qiymətlərinin ucuzlaşması davam edib.
Eurasia Diary xəbər verir ki, ötən həftəni bir barrel üçün 61,67 dollar ilə başa vuran “Brent” bazar ertəsi 1,78 dollar dəyər itirərək, 59,89-a düşüb.
VTİ markalı neft də 1,77 dollar ucuzlaşıb və 50,84 dollar olub.
Qeyd edək ki, OPEK+ ölkələrinin ötən həftə gündəlik hasilatı gələn il üçün 1,2 milyon barrel azaltmaqla bağlı qərarından sonra neftin qiymətinin stabilləşəcəyi gözlənilirdi.