Açıq satılan qidalar sağlamlıq üçün təhlükəlidir…

Sağlamlıq 03:39 17.06.2018
Bazarlarda, ticarət mərkəzlərində, keçidlərdə açıq qidaların - qutab, peraşki, xaçapuri, bulka və s. səyyar satışına tez-tez rast gəlirik. Toz-torpağın altında satılan bu qidalar insan sağlamlığı üçün təhlükəli olsa da, təəssüflə qeyd etmək lazımdır ki, istehlakçılar bu qidalara daha çox üstünlük verirlər.
 
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il müxtəlif şəraitlərdə çirklənmiş qidalar səbəbi ilə 600 milyon insan xəstələnir, 420 min insan isə həyatını itirir.
 
Mütəxəssislərə görə, açıq şəraitdə satılan qidalara mikrob və bakteriyalar tez bulaşır. Açıq havada olan və küləklə yayılan bu mikroblar buxarlanaraq açıq satılan qidalara bulaşır.
 
Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, açıq satılan qidalarda olan mikrob və bakteriyalar çox asan şəkildə orqanizmə daxil ola bilər. Bu zaman ürəkbulanması və qusma müşahidə edilir.
 
"Açıq havada satılan qidalar keyfiyyətini tez itirir və bu da qida zəhərlənməsi ilə nəticələnə bilər. Açıq satılan qidaların istifadə müddəti də tez bitir. Belə şəraitdə saxlanılan və satılan qidalar gəmirici heyvanlar, böcəklər tərəfindən zərər görmüş ola bilər. Bəzən uşaqlara bazarlarda satılan peraşki, xaçapuri, qutab və s. verilir. Hər bir valideyn bilməlidir ki, bu qidalar uşağı üçün çox zərərlidir", - M.Abbasova bildirir.
 
Həkimin sözlərinə görə, bəzi mikroorqanizmlər qidanın keyfiyyətini pozmadan belə sağlamlığa zərər verə biləcək hala gətirir. Buna görə də, qidanın satış, saxlanma və gigiyenik şəraiti çox önəmlidir.
 
Abbasova qeyd edir ki, belə qidaların istehlakı azyaşlı uşaqlar üçün daha təhlükəlidir: "Məktəbli övladı olan valideynlər daha diqqətli olmalıdır. Çünki uşaqların məktəb və yaxınlığından açıq qidalar əldə etmək imkanları daha böyükdür. Buna görə də çalışmaq lazımdır ki, məktəblinin qida çantası xüsusi yığılsın. Uşaqlara açıq şəraitdə satılan qidaları qəbul etməyə şərait yaratmayın".
 
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirir ki, pilləkənlərdə, gediş-gəliş yollarında, piştaxta ilə təchiz olunmayan yerlərdə hər hansı bir məhsulun satışı qadağandır: "Açıq olaraq satılan qida məhsulları qablaşdırılmış məhsullarla müqayisədə ətraf mühitə qarşı daha həssas olduğundan bu məhsulların satışı zamanı daha diqqətli olmalı və belə tipli məhsulların satıldığı yerlərin təmizliyi davamlı olaraq təşkil edilməlidir. Hazır qida məhsullarının açıq şəraitdə satışı zamanı məhsullar istehlakçılardan şəffaf vitrinlə ayrılmalıdır".
 
Belə qidaların istehlakına gəldikdə isə, QTA-dan o da deyilir ki, təhlükəsizlik normalarına riayət edilərək hazırlanan, daşınan, saxlanan və satışa çıxarılan hər hansı qida məhsulunun qəbul edilib-edilməməsi istehlakçıların azad seçimidir.
 
Qida eksperti Elsevər Fərzəliyevin sözlərinə görə, açıq havada çoxnövlü mikroorqanizmlər olur. Əgər qidalanma açıq havada olarsa, onun nəinki mikrobioloji çirklənməsi, hətta yüngül küləyin təsirindən fiziki çirklənməyə məruz qalmayacağına heç kim zəmanət verə bilməz.
 
"Eyni zamanda şəhər mühitində küçədə açıq şəkildə qidalanma, milli mentalitet baxımından da bizim həyat tərzimizə uyğun gəlmir. Əlbəttə ki, son zamanlar daha çox təşəkkül tapmış yoluxucu xəstəliklərin bu mənbədən qaynaqlandığı inkaredilməzdir. Göründüyü kimi, bu, insan sağlamlığına zərər verdiyindən qida təhlükəsizliyinin tələblərinə cavab vermir. Hələ istifadə olunan qida xammallarının hansı mənbələrdən hansı şəraitlərdə əldə olunduğunu qeyd etmirəm",- ekspert əlavə edir.
 
Ekspert bildirir ki, hər hansı bir qidadan zəhərlənməmək o demək deyil ki, həmin qida təhlükəli deyil. Zəhərlənmə istənilən an baş verə bilər. Baş verən zəhərlənmə halları kütləvi şəkildə olduqda isə bu, əhalinin diqqətini çəkir.
 
Fərzəliyevin sözlərinə görə, açıq havada satılan, yağda qızardılmış məhsullar daha çox təhlükəlidir. Yollarda, bazarlarda satılan yağda qızardılmış məhsullar zamanla şiş xəstəliklərinin yaranmasına səbəb ola bilir.
 
Ekspertlər xüsusilə vurğulayırlar ki, açıq şəkildə satılan qidalar insan sağlamlığı üçün təhlükəlidir.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı