Bir həftədə 5 kq arıqlamaq mümkündürmü? - Ekspert rəyi

Sağlamlıq 06:00 12.11.2018

Eurasia Diary xəbər verir ki, Türkiyəli dietoloq Turqay Kösə axar.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

Kimisi artıq çəkidən xilas olmaq dərdindədir, kimisi isə bu vəziyyəti fürsət bilib heç bir elmə əsaslanmayan üsullarla insanların sağlamlığı ilə oynayırlar.

Doğrudanmı 1 həftədə 5 kilo arıqlamaq olar? Türkiyəli dietoloq Turqay Kösə bu suala qəti olaraq "Xeyr!" cavabını verib. Niyəsini isə belə izah edir:

"Hər gün KİV və müxtəlif sosial şəbəkələrdə möcüzə pəhrizlərlə qarşılaşırıq. Yaxşı, bu qədər çox pəhriz siyahısı varkən niyə insanların artıq çəki problemi hələ də var? Çünki bu pəhrizlər ilk vaxtlarda sürətli çəki itkisinə səbəb olsa da, qısa müddətdən sonra bu kilolar artıqlaması ilə geri qayıdır. Bu cür pəhrizlər sağlamlığa zərər verir, maddələr mübadiləsini pozur, eyni zamanda ömrü qısaldır. Onsuz da həyat tərzinə uyğun olmayan heç bir şey uğurlu olmur. Bu cür pəhrizlərdə əslində ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalmasına səbəb olur. Çəki itkisinin sürətlə baş verməsi əvvəlcə su, sonra əzələ kütləsinin azalması ilə əlaqədardır. Əzələ və su kütləsinin itkisi isə sağlamlıq baxımından risklidir".

Pəhriz fərdi olmalıdır

Həkim bildirir ki, pəhriz mütləq fərdi xarakter daşımalıdır. Çünki hər kəsin maddələr mübadiləsi bir-birindən fərqlidir, eynilə barmaq izi kimi: "Multifaktorial bir xəstəlik olan köklüyün müalicəsinə fərdi yanaşmaq lazımdır. Terapiya mütəxəssisi və ya endokrinoloq, dietoloq, fizioterapevt və psixoloqlaə qrup halında müalicə daha uğurlu nəticə verə bilər. Müasir zamanda bir çox xroniki xəstəliyin təməl səbəbi olan artıq çəkinin müalicəsində dietoloq ən səlahiyyətli şəxsdir. Həkim xəstəni müayinə edir, diaqnoz qoyur, dietoloq adamın xüsusiyyətlərinə uyğun olaraq qidalanma modeli təyin edərək arzuedilən çəkiyə düşməsini təmin edir".

Arıqlama proqramları insanın fərdi xüsusiyyətləri - yaş, cinsiyyət, boy uzunluğu, bədən çəkisi, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri və s. ilə bağlıdır. Xüsusiyyətlərinə görə fərdin yeni qidalanma proqramını onun həyat tərzi halına gətirməsini təmin etmək lazımdır: "Unutmaq olmaz ki, ayda 6 kilo və daha çox arıqlamaq metabolik olaraq başqa sağlamlıq problemlərinə zəmin yaradır. İlk növbədə səbrli olmaq şərtdir. İnsan illərlə yığdığı çəkini bir neçə həftədə verməyə çalışmamalıdır. Bunun uğrunda ac qarına qreypfrut və ya limon suyu içmək, balqabaq tumu yemək, müxtəlif yosun həbləri, arıqladan çaylara ümid etməyin heç bir elmi əsası yoxdur. Əksinə, faydadan çox zərərləri var. Enerji tərkibi aşağı olan pəhrizlər və həzm sisteminə edilən cərrahi müdaxilələr qida elementi çatışmazlıqları, zülal itkisi nəticəsində böyrək və ürək problemləri, ürək çatmazlığına, hətta ölümə gətirib çıxarır".

Çəki itkisi 2-4 kilo arasında olmalıdır

Ümumdünya Sağlamlıq Təşkilatı aylıq ağırlıq itkisinin 2-4 kilo arasında olmasını vurğulayır. Bir insan çox kökdürsə, əməliyyat olunacaqsa, anesteziya riskini azaltmaq üçün həkim və dietoloq nəzarəti ilə ayda 6 kilo arıqlaya bilər: "Yoxsa kimsə 20 ildə aldığı çəkini 20 gündə verməyə cəhd etməməlidir. Səbrlə müalicəni üstün tutmaq lazımdır. Arıqlamaq elmə əsaslanmalıdır. Terapevt, endokrinoloq nəzarəti altında qan analizinin nəticələri müzakirə edilir və dietoloq tibbi qidalanma müalicəsini təyin edir. Məşq və davranış aktivliyi də vacibdir. 3 ay müddətində pəhriz, məşq və davranış dəyişikliyi tətbiq edilmədən dərman müalicəsi və ya cərrahi müdaxilə edilməməlidir. Artıq çəki xəstəliyinin müalicəsində tək başına pəhriz qəti olmaz. Unutmayın ki, təkcə pəhriz kifayət etmir, məşq, idman və aktivlik də vacibdir".

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı