Azərbaycanda hazırda qızılcaya qarşı vaksinasiyadan kənar qalan 11-40 yaşlı əhali qruplarının vaksinasiyası yaşayış yerləri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində aparılır.
Bu barədə Ednews-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, qeyd olunan əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə gətirilib.