70 qəpiyə aldığı qulaq təmizləmə çubuğunun qutusundan qızıl tapdı.
Sözügedən hadisə kanadalı Loretta Simms adlı qadının başına gəlib. İkinci əl bazarından 70 qəpiyə qulaq təmizləmə çöpü alan qadın qutusundan 3 min manat dəyərində olan qızıl bijuteriya tapıb. Vicdanlı qadın tapdığı qızılları əşyanı aldığı dükana geri qaytarıb. Dükan sahibi qızıllar satıldıqdan sonra pulunun xeyriyyə cəmiyyətinə veriləcəyini bildirib.(metbuat.az)