Amerikalı bir dalğıc Arizonada bir şəlaləyə dalış edərək şəlaləyə düşən və bir çoxu qiymətli olan əşyalar görüb. Amma şəlalədən çıxan bir əşya dalğıcı çox təəcübləndirib.
Hadisənin qəhrəmanı Man River “Youtube” kanalında hər gün yaşadığı macəraları danışır. Dalğıc dedektordan istifadə edərək gözləri ilə görmədiyi metalları görür.
O, suyun altından cib bıçağı, eynək, biləklik, qədimi pul kimi müxtəlif əşyalar tapıb və onları bir səbətin içinə yığıb. Dalğıc qumun altından su keçirməz bir örtükdə “İpohone” markalı bir telefon da tapıb. Haradasa 9 aydır şəlalənin dibində olan telefona örtük sayəsində heç bir zərər dəyməyib.