Biz bir çox mühüm ixtiraların sahiblərinin adlarını yaddaşımızda saxlamağa çalışırıq. Lakin, onların bəziləri etdikləri ixtiralardan heç də məmnun deyillər əksinə özlərini günahkar hesab edirlər. Biz sizə bu qəbildən olan bəzi ixtiraçıları təqdim edirik.
1. Təyyarəni ixtira edən Uilbur Rayt onun Dünya savaşlarında necə dəhşətli məqsədlərdə çıxış etdiyini gördükdə qorxuya düşmüşdür.
2. Filo Teylor Farnsvorz müasir televizorun yaranmasında xidməti olan ixtiraçı bunun təhsil sahəsində çox töhfələr verəcəyinə inanırdı. Lakin, Farnsvorz bunun zaman itkisi vasitəsi kimi istifadəsini görür və təəssüflənir.
3. Anna Jarviz "Analar günü" bayramının keçirilməsinə təşəbbüs göstərmiş şəxsdir. Ancaq "Analar gün"dən ifrat dərəcədə kommersiya məqsədi ilə istifadə olunması Jarvizi bu təşəbbüsə görə peşman edib.
4. Məhşur “AK-47” silahının ixtiraçısı Mixail Kalaşnikov hər il 250 min insanın bu silah vasitəsi ilə ölməsinə görə özünü bundan məsuliyyətli hesab edir.
5. Atom bombasını kəşf edən alim Yulius Roberts Openhaymer 1945-ci ildə ABŞ prezidenti Trumana “Cənab prezident mən özümü əli-qanlı hesab edirəm”, söyləmişdir.
6. Alfred Nobel Sülh Mükafatını təsis edən şəxsdir. Lakin o adının dinamit ixtirasında çəkildiyinə görə bundan təəssüf hissi keçirir.
7. Tim Berners Li HTTP transfer protokolunu yaradıb. Lakin Li http-dən sonra hazırladığı iki drop (//) işarəsinin istifadəsini zaman itkkisi kimi qiymətləndirir.