Münaqişələr, kasıblıq və cinsi ayrı-seçkilik səbəbindən təhsil ala bilməyən insanlara kömək üçün mübarizə aparmalıyıq.
Təhsil ömürəbərabər səyahətdir. Biz həmişə hər şeyi bilmirik, zaman keçdikcə özümüzü və cəmiyyətimizi dərk edirik.
Mən hələ də öyrənirəm sözünü deməkdən utanmıram. Mən fərdi şəxs kimi formal təhsillə yanaşı musiqi ilə dünyanı gəzərək öyrənirəm.
Təhsil almaq hələ də bir çox yerlərdə insanlar üçün problemə çevrilib. Lakin bu o demək deyil ki, biz təslim olmalıyıq. Milyonlarla uşağın məktəbə getmək ümidinin məhv olması düşüncəsi məni üzür və mən bunu qəbul etmirəm.
Barbadosda böyüdüm, məktəbi həmişə sevmirdim. Mən ifa etmək, idman etmək və ev tapşırığından başqa bir şey etməyi çox sevirdim. İndi başa düşürəm ki, mən məktəbə getmək imkanına malik olduğum üçün çox şanslı olmuşam. Təhsil imkanını bir saniyə ərzində itirə bilərsiniz. Son zamanlar görünməmiş miqyasda müşahidə etdiyimiz kimi, Karibyanı ölkələrdə təbii fəlakətlər məktəbləri dağıdaraq minlərlə uşağı təhsilsiz qoyub.
Dünyanın başqa bir yerində yüz milyonlarla uşaq kasıblıq, münaqişə, cinsi ayrı-seçkilik və başqa səbəblərdən təhsildən məhrum olur.
Mən bu problemlərin həllində iştirak etmək istəyirəm. Keçən il mən Təhsil üçün Qlobal Tərəfdaşlıq (TQT) nümayəndəsi kimi çox gözəl ölkə olan Malavidə oldum. Orda TQT-nin uşaqlara dəstəyinə şahid oldum.
Biz bir çox Aİ ölkələrinə Fransa kimi, daha sonra Kanada kimi ölkələrə bu proqrama yardım ayırdıqları üçün minnətdarıq.
Əgər biz təhsil çatışmazlığını həll etsək, hər kəs qazanar.