Venesuela prezidenti Nicolas Maduronun, İstanbulda Nusr-Et adlı lüks restoranda yemək yeməsinə etiraz edən Venesuelalılar, restoranın ABŞ-ın Miami şəhərindəki şöbəsi qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə Eurasia Diary "BBC"yə istinadla xəbər verir.
Təxminən 100 nəfərə yaxın adam restoranın qarşısında aksiya keçirib.
AFP agentliyinə danışan 65 yaşlı Lucy Arroe adlı etirazçı qadın deyib: "Biz acından öldüyümüz vaxt, onun lüks restoranda böyük ət dilimləri yeməsi yaxşı deyil".
Mayamidəki aksiya iştirakçıları dünya boyu 14 şöbəsi olan restoran şəbəkəsinə də etirazlarını bildiriblər.