“Disney” filmləri uşaqlara ziyan vurur | Eurasia Diary - ednews.net

21 Noyabr, Çərşənbə


“Disney” filmləri uşaqlara ziyan vurur

Maraqlı A- A A+

Məşhur ingiltərəli aktrisa Kira Naytli 3 yaşlı qızına “Disney” filmlərini qadağan edib.

Eurasia Diary kult.az-a istinadən xəbər verir ki, o, “Disney” kampaniyasına məxsus bəzi animasiya filmlərinin azyaşlılara yanlış örnək olduğunu deyib:

“Həmin nağılların qadınları təqdimetmə formasından narahatam. Sindirella kimi varlı oğlanın gəlib onu xilas etməsini gözləyən bir qadın olmayın. Özünüzü xilas edin”.

O, həmçinin “Balaca dəniz qızı” nağılında da qadın qəhrəmanın bir kişi üçün özündən imtina etməsinin yanlış olduğunu qeyd edib.

Aktrisanın açıqlamasından sonra yüzlərlə sosial şəbəkə istifadəçisi onu dəstəkləyib.

Vaxtilə “Disney” istehsalı olan “Qərayib dənizinin quldurları” filmində rol oynayan Naytli övladına bütün “Disney” filmlərini qadağan etmədiyini, bəzi animasiyaların çox yaxşı olduğunu söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...