Əsl yaş, yoxsa hiss etdiyin yaş mühümdür?

Maraqlı 00:43 24.10.2018

Bir çox insan özünü həqiqi yaşından daha gənc və ya daha yaşlı hiss edir. Bu "subyektiv yaş" qəbulunun bədən və psixi sağlamlıq üzərində böyük təsiri olduğu ehtimal olunur.

Deyək ki, doğum şəhadətnaməniz yoxdur; özünüzü hansı yaşda hiss edirsinizsə, o yaşdasınız. Hansı yaşda olduğunuzu söylərdiniz?

Boyunuz və ayaq ölçünüz kimi dünyaya gəldiyiniz gündən bəri ötən vaxt dəyişdiriləməyən bir faktdır. Ancaq yaşlanma müddətini çox insan fərqli yaşayır; bəziləri özünü olduğundan daha gənc, bəziləri isə daha yaşlı hiss edir.

Bu mövzu gedərək alimlərin diqqətini daha çox çəkməyə başlayır. Bu "subyektiv yaş" qəbulu bəzi insanların yaşlandıqca gözəlləşdiyi vaxt bəzilərinin niyə saralıb-solduğunu başa düşməkdə əhəmiyyətli rol oynaya bilər.

Yaşlanmağa təsir edən amillər

İnsanın özünü olduğundan gənc hiss etmək dərəcəsi gələcəklə bağlı qərarlarına təsir göstərə bilər.

Bundan başqa, bir çox araşdırmada hiss edilən yaşın ölüm riski də daxil olmaqla sağlamlıq baxımından bir çox mühüm nəticələri proqnozlaşdırmaqda təsirli olduğu məlum olmuşdur. Əslində bir çox cəhətdən həqiqətən də insan hiss etdiyi yaşdadır.

Tədqiqatçılar indi də insanın yaşlanma müddətinə təsir edən bioloji, psixoloji və sosial amilləri müəyyən edərək daha uzun və sağlam həyat sirlərini öyrənmə çalışırlar.

Bu mövzu uzun zamandır alimlərin diqqətini çəkməklə yanaşı son 10 ildə artaraq həqiqi yaşla hiss edilən yaş arasındakı fərqin psixoloji və fiziki təsirləri üzərində cəmləşib.

Yaşlandıqca xarakter dəyişikliyi

Tədqiqatların maraqlı sahələrindən biri də hiss edilən yaşın insan şəxsiyyətinə necə təsir etməsidir. Yaşlandıqca insanların dolğunlaşıb yumşalması, kənara meyillilik və yeni təcrübələrə açıq olmaq xüsusiyyətinin azalması bizə məlumdur. Bu cür xarakter dəyişiklikləri, özünü olduğundan daha gənc hiss edən insanlarda daha az ikən, daha yaşlı hiss edənlərdə daha çox hiss edilir.

Lakin özünü olduğundan daha gənc hiss edənlər də normal yaşlanma müddətindəki bu müsbət dəyişiklikdən keçərək dolğunlaşır. Ancaq onlarda bu, enejinin və gəncliyin tükənməsi bahasına başa gəlmir. Özünü oduğundan daha gənc hiss edən insanların yaşlanma müddətində depressiya və demans (ağlını itirmə) riski, xəstəliklər səbəbiylə xəstəxanaya yatmaq riski azalır, daha yaxşı mənəvi və fiziki sağlamlığa gətirib çıxarır.

Montpellier Universitetindən olan Yannick Stephen 17 min orta yaşlı və yaşlı insanla bağlı uzun müddət toplanan məlumatları araşdırdığı zaman çox insanın həqiqi yaşı ilə hiss etdiyi yaş arasında 8 illik fərq olduğunu görüb. Bəziləri isə özünü olduğundan daha yaşlı hiss edir və ciddi nəticələr yaradırdı. İnsanın özünü 8-13 yaş daha yaşlı hiss etməsi həm ölüm riskini (yüzdə 18-25%), həm də xəstəlik yükünü artırırdı.

Hiss edilən yaşın sağlamlıqla bu qədər əlaqəli olmasının bir neçə səbəbi ola bilər. Yaşla yaranan xarakter dəyişikliyinin birbaşa nəticəsi olaraq özünü olduğundan daha gənc hiss etmək yaşlılıqda da səyahət və ya yeni bir məşğuliyyətlə məşğul olmaq kimi müxtəlif fəaliyyətlərdən faydalanmaq mənasını verə bilər.

Qarşılıqlı təsir

Ancaq fiziki və mənəvi narahatlıq ilə hiss edilən yaş arasındakı mexanizm ikitərəfli işləyir. İnsan depressiyada olan zaman, unutqan və fiziki olaraq zəif olduğunda özünü daha yaşlı hiss etmək ehtimalı artır. Bu, tamamilə kəskin bir vəziyyətə gətirib çıxara bilər. Stephan-ın Psixosomatik Tibb jurnalında dərc edilən təhlili hiss edilən yaşın ölüm nisbəti üzərindəki təsirini araşdıran ən əhatəli işdir. Bu təsirlərin yaxından araşdırılması lazımdır. Lakin insanın sağlamlığı ilə bağlı proqnozlarda, doğum tarixindən çox hiss etdiyi yaş daha böyük əhəmiyyət daşıyır. Bu səbəbdən də bir çox tədqiqatçı bu qarışıq prossesi formalaşdıran sosial və psixoloji təsirləri müəyyən etməyə çalışır. Zehnimizlə bədənimiz arasındakı zaman fərqini nə vaxt hiss etməyə başlayırıq? Buna yol açan nədir?

Aparılan araşdırmalar bunun həyat boyu inkişaf edən bir prosses olduğunu göstərir. Uşaqlar və gənclər adətən özlərini həqiqi yaşlarından daha böyük hiss edirlər. Lakin 25 yaşlarında bu dəyişir; insan özünü olduğundan daha gənc hiss etməyə başlayır. 30 yaşına çatan zaman bu hiss insanların yüzdə 70%-ə hakim olur. Vaxt keçdikcə həqiqi yaş ilə hiss edilən yaş arasındakı fərq gedərək artır.

Müdafiə instinkti

Bəzi psixoloqlar özünü olduğundan daha gənc hiss etməyi, yaşlanma mövzusundakı mənfi fikirlərdən qorunmaq məqsədiylə inkişaf etdirilmiş müdafiə instinkti olaraq qəbul edirlər.

Bielefeld Universitetindən Anna Kornadt insanların özlərini həqiqi yaşlarından fərqli hiss etmək halının həyatın fərqli sahələrində dəyişib-dəyişmədiyini araşdırıb.

İş, sağlamlıq, maliyyə kimi yaşla bağlı mənfi yanaşmaların ən geniş olduğu sahələrdə insanların özlərini bu mənfiliklərdən uzaq tutmaq üçün olduğundan daha gənc hiss etdiyi məlum olub.

Cəmiyyətin yaşlanmağa qarşı münasibətindən özümüzü qoruyaraq gələcəklə bağlı daha nikbin hisslərə qapılmaq mümkündür. Bu müdafiəedici yanaşma özünü olduğundan daha gənc hiss etmək hissinin sağlamlıq baxımından niyə faydalı olduğu sualını da cavablandırır. Alimlər bəzi müdaxilələrlə insanların subyektiv yaş qəbulunu azaldaraq bu faydalı nəticələri yaymaq imkanları üzərində işləyirlər.

Stephen isə həkimlərin bütün xəstələrə hiss etdikləri yaşı soruşaraq gələcəkdə mümkün sağlamlıq risklərinin daha tez müəyyən ediləcəyinə və buna uyğun qayğı planlarının hazırlanacağına inanır.

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO

Xəbər xətti

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO
09:18 27.04.2024
Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Hamısı