Xruşovu xilas edən, Müslüm Maqomayevə dəstək verən “Böyük Yekaterina” intihar edən nazir

Maraqlı 19:20 20.11.2018

1967-ci ilin mart ayında məşhur aktyor Yuri Nikulin çox həyəcanlı və narahat halda SSRİ Mədəniyyət Nazirliyinə gəlir, qəbul otağında nazirlə görüşmək istədiyini bildirir. Hörmət əlaməti olaraq Nikulini çox gözlətmirlər. Nazir 5-10 dəqiqədən sonra aktyoru qəbul edir. Nikulin yaranmış problem haqqında həyəcanla məlumat verir:

Qafqaz əsiri” filminin çəkilişləri uğurla başa çatdırılıb. Film kütləvi baxış üçün tam hazırdır. Amma indi “Mosfilm”dən məcbur edirlər ki, film yenidən səsləndirilməlidir. Belə ki, filmdə Saaxov obrazı yaradılıb. Bu mənfi və tənqidə məruz qalan obrazdır. Bizim “Mosfilm”in partiya təşkilatının katibi eyni soyadı daşıdığından filmdə dəyişiklik edilməsini tələb edir. Bu isə həm artıq xərc və həm də xeyli vaxt tələb edir.

Nazir Nikulini diqqətlə dinlədikdən sonra göstəriş verir ki, filmdə düzəliş etmək istəyən “partkom”la telefon əlaqəsi yaratsınlar. Dərhal əlaqə yaradılır. Nazir uzatmadan “partkom”a birbaşa sualla və çox sərt şəkildə müraciət edir:

- Hansı əsasla siz filmin yenidən səsləndirilməsini tələb edirsiniz? Mən bunu yalnız sizin özbaşınalığınız kimi qəbul edirəm. Belə çıxır ki, sabah əgər bir film çəkilərsə, həmin filmdə əclaf bir obrazda olanın soyadı İvanov olarsa, mütləq Mədəniyyət Nazirliyinin qarşısında nümayiş keçirilməlidir. Çünki bu nazirlikdə 100-ə yaxın İvanov işləyir. Yığışdırın belə sərsəmlikləri, yoxsa əks halda soyadınız filmdə yox, partiya yığıncağında müzakirə olunacaq.

Nikulin yaddaşlara həkk olunan özünəməxsus gülüşləri ilə çox məmnun halda nazirin kabinetini tərk edir...

Həmin nazir SSRİ tarixində ən güclü qadın siyasətçilərdən biri, bəlkə də birincisi olan Yekaterina Furtseva olub.
Furtsevanın siyasi fəaliyyətində bu cür qətiyyətli addımlar az olmayıb. Məsələn, o, mədəniyyət və incəsənət xadimlərinin xarici ölkələrə qastrollarına DTK-nın müdaxilə etməyəcəyi ilə bağlı Yuri Andropovla qeyri-rəsmi bir razılaşma əldə edib.

Digər bir fakt. Müslüm Maqomayev Milanın “La Skala” teatrında təcrübəyə getmək istəyəndə kifayət qədər ciddi problemlərlə üzləşib. Ümumiyyətlə, həmin dövrdə istənilən bir müğənni üçün Milan opera teatrına getmək çox müşkül bir məsələ sayılıb. O vaxtlar xaricə göndərilənlərin tərcümeyi-halı şəffaf və qüsursuz olmalı idi. Müslüm Maqomayevin tərcümeyi-halında isə “boşanıb”, “komsomolçu olmayıb” kimi qeydlər onun səfərinin üstündən xətt çəkmək üçün yetərli idi.

Buna baxmayaraq, o, maneələri keçə bilib. Və təbii ki, ortaya sual çıxıb: “Maqomayevin arxasında kim dayanır?” Cavab isə bəlli idi - SSRİ mədəniyyət naziri Yekaterina Furtseva.

Xanım siyasətçinin ən cəsarətli addımlarından biri də Nikita Xruşovun müdafiəsinə qalxması ilə bağlıdır. 1957-ci ildə “antipartiya qrupu” Xruşovu devirmək istəyəndə Furtseva sözün əsl mənasında möcüzə göstərib. Tualet bəhanəsi ilə iclas zalını tərk edən Furtseva kabinetinə gedərək iclasda iştirak etməyən Xruşov tərəfdarlarını telefon vasitəsi ilə səfərbər edə bilib və onların təcili olaraq Kremldə keçirilən iclasada iştirak etmələri üçün əlindən gələni edib. Məhz bu hadisədən sonra Furtsevanı “Xruşovun xilaskarı” adlandırıblar.

Yekaterina Furtseva xarakter baxımından çox güclü və iradəli qadın olub. Atasını uşaqlıq illərindən itirən Furtseva 7 illik təhsil aldıqdan sonra anasına kömək etmək üçün toxuculuq sexində işləyib. Bu çətin və “qaranlıq” həyatla barışmayan Yekaterina təhsil almaq haqqında düşünüb, 15 yaşında komsomola keçib və komsomol xətti ilə Leninqrada, mülki aviasiya məktəbinə göndərilib. Onun böyük siyasətə gedən yolu da buradan başlayıb.

Furtseva gənc yaşlarından bütün fəaliyyətini komsomol və partiya orqanlarına bağlayıb. Təşkilatçılıq bacarığı onun siyasi karyerasına xüsusi təkan verib.

SSRİ-nin ayrı-ayrı bölgələrinin partiya komitələrində yüksək vəzifələrdə çalışan Furtseva 1954-cü ildə Moskva şəhər partiya komitəsinin 1-ci katibi vəzifəsinə irəli çəkilib. Daha sonra isə o, Kremldə Mərkəzi Komitənin katibi vəzifəsində qərarlaşıb, Mərkəzi Komitənin Rəyasət Heyətinin (həmin dövrdə Siyasi Büro belə adlanırdı) üzvü seçilib.

1960-cı ildən Yekaterina Furtsevaya nazir kürsüsü həvalə edilib və o, ömrünün sonuna, 1974-cü ilədək SSRİ-nin mədəniyyət naziri olub.

Siyasi karyerası uğurlu olsa da, Furtseva şəxsi həyatında bəxtəvər qadın olmayıb. Furtseva rəsmi olaraq iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Bitkov təyyarəçi olub. Bu cütlükdən dünyaya Svetlana gəlib. Böyük Vətən müharibəsində cəbhəyə yollanan Bitkov müharibədən qayıtdıqdan sonra Furtsevaya başqa bir qadını sevdiyini etiraf edərək ondan ayrılıb. Sonradan bu ayrılığın səbəbi də aydın olub. Belə ki, onların yeganə qızı olan Svetlananın əsl atası heç də Bitkov olmayıb. Furtseva həyat yoldaşının qarşısında bunu belə etiraf edib: “Mən səni bir insan kimi yüksək qiymətləndirirəm. Sən cəbhəyə getdin, vətənin müdafiəsi üçün sən lazım idin. Amma mənə də uşaq lazım idi...”

Furtseva ikinci dəfə 1954-cü ildə Firyubinlə rəsmi nikaha girib. Bu nikahın səbəbkarı Nikita Xruşov olub. Münasibətlər rəsmiləşəndən sonra Firyubin Çexoslovakiyaya səfir göndərilib. Ancaq Furtseva siyasi fəaliyyətini dayandırıb həyat yoldaşı ilə Çexoslovakiyaya getməyib. Firyubin səfirlik müddətini başa vurub SSRİ-yə qayıtdıqdan sonra xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub. Cütlüyün nikahı uzun çəkməyib. Firyubin Furtsevanın onlarla birgə yaşayan anasını və qızını “həzm” edə bilməyib, onlarla kobud rəftar edib və beləliklə, cütlük ayrılıq qərarını verib. Furtsevaya görə iki uşağını və həyat yoldaşını atan Firyubin sonralar yenidən öz əvvəlki ailəsinə qayıdıb.

Yekaterina Furtseva vəzifə başında nə qədər ciddi, tələbkar olubsa, işdən sonrakı həyatında bir o qədər azad, sərbəst, düşündüyü və istədiyi kimi həyat tərzi sürməyi bacaran qadın olub. Qızı ailə qurub getdikdən və anası vəfat etdikdən sonra Furtseva tək yaşayıb. Alkoqollu içkilərə meylli olan, yaraşıqlı kişiləri özünə cəlb etmək üçün cəhdlər göstərən Furtsevanın mənzilində çox tez-tez gecə yarıyadək əyləncə məclisləri düzənlənib. Məclislər dağıldıqdan sonra isə Furtseva ən yaxın rəfiqələrinə zəng edərək ağlaya-ağlaya tez-tez bu ifadələri təkrar edib: “Siz elə düşünürsünüz ki, mən xoşbəxtəm? Siz elə düşünürsünüz ki, nazir olmaq xoşbəxtlikdir? Yox, əsla. Məni bu həyatda heç kim başa düşmür...”

Moskvanın adi payız günlərinin birində, 1974-cü ilin oktyabrın 24-də heç kimin başa düşmədiyi, rəsmi titullarından savayı, qeyri-rəsmi “Böyük Yekaterina”, yaxud “Üçüncü Yekaterina” adlandırılan Furtseva müəammalı şəkildə vəfat edib. Rəsmi nekroloqda ölüm səbəbi “ürək çatışmazlığı” qeyd olunsa da əsl səbəb sonradan məlum olub: Furtseva öz mənzilində vanna otağında intihar edib...

Yekaterina Furtseva Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı