Dünyada ötən həftə baş vermiş bəzi hadisələrə fotokameranın gözü ilə baxış.
Londonda Westminster-də Britaniya parlamenti qarşısında Brexit əleyhdarı ilə Brexit tərəfdarı qarşı qarşı gəliblər. Bir neçə gündən sonra parlament üzvləri Baş nazir Theresa May-in Britaniyanın Avropa İttifaqından çıxmasına dair planı parlamentdə səsverməyə çıxarılmalıdır.
Roma Papası Francis Sistine kapellasında Vatikanın xarici ölkələrdə səfirləri ilə birgə şəkil çəkdirib. Səfirlər qarşısında çıxışında Papa rahiblərin seksual zəmində təhqirinə məruz qalanlar üçün ədalətdən danışıb.
Türkiyədə Birinci Dünya Müharibəsinin Sarıqamış döyüşünün 104-cü ildünömü anılıb: insanlar nəhəng Türkiyə bayrağı ilə Trabzonun Şalpazarı rayonunda yerləşən Sis dağına yürüş ediblər. Sarıqamış döyüşündə 90000 Osmanlı Türkiyə əsgəri həlak olub.
Avstraliyada görünməmiş istilər quraqlığa səbəb olub. Cawndilla gölünə aparan kanalın quruyan yatağının palçığında heyvanlar ilişib qalıb. Drone vasitəsilə çəkiliş aparmış fotoqraf Nick Moir Sydney Morning Herald nəşrinə bildirib ki, o, uzaq məsafədə olduğundan və təhlükənin ciddiliyini nəzərə alaraq heyvanların köməyinə gələ bilməyib.
Parisdə "sarı gödəkcələr" hərəkatını üzvlərinin hökümət əleyhinə etirazları davam edib. Bu şəkildə maska taxmış etirazçı Parisdə polis maşını qarşısında lentə alınıb.
ABŞ-
Meksika sərhədində köhnə hasar inşaat texnikasının köməyilə təzələnir. Prezident Trump müxalifətçi Demokratlara müraciət edərək Meksika ilə bütün sərhəd xətti boyu divarın tikilməsinə Konqresdə razılıq verməyə çağırıb. Bu məsələ ABŞ hökümətinin fəaliyyətinin qismən dayandırılmasına səbəb olub.
Amerikalı moda dizayneri Virgil Abloh-un yaratdığı installyasiya. 12 mərtbə hündürlüyündə olan bu fiqur New York-da Louis Vuitton mağazasının binası üzərində yaradılıb.
Somali paytaxtı Moqadişoda çəhərin ən böyük Bakara bazarında yanğın baş verib - bu şəkildə yanğın nəticəsində bazardan qalmış tüstüləyən xarabalıqda yeriyən qadın göstərilib.
Yaponiyalı tennisçi Naomi Osaka Avstraliyanın Melbourne şəhərində keçiriləcək 2019-cu ilin "Australian Tennis Open" turnirinə hazırlaşır.
Çinin
Liaoning vilayətinin Şenyan şəhərində Beiling parındakı gölü buz örtsədə, camaat buzu qıraraq buzlu suda üzmək üçün nohur açıb. Bu şəkil çəkilərkən havanın temperaturu -10C dərəcə olub..