Məscid terroru O, 630 ildən sonra niyə “peyda oldu”?

Maraqlı 16:40 16.03.2019

Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən və 49 möminin ölümünə səbəb olan terror aktlarının müəlliflərindən biri olan Branton Terrantın qətldə istifadə etdiyi avtomat silahın sandıqçasının üstünə kiril əlifbasıyla “Miloş Obiliç” yazılması dərhal dünya miqyasında maraq doğurdu.

Terrant məsciddə qırğın törədən anti-islamçı terrorçudur, bəs Miloş Obiliç kimdir?

Miloş Obiliç 14-cü əsrdə yaşamış serb müstəbidi Lazar Xrebelyanoviçin kürəkəni olmuş, cəngavər titulu daşımış bir şəxsdir.

Kosovoda yaşamış bu şəxs serb folklorunda qəhrəman kimi təqdim edilir, adına dastanlar bağlanıb, hətta onun heykəlini də qoyublar.

Əfsanə və rəvayətlərə görə, o, 1389-cu ildə Balkan ölkələrini fəth edən Osmanlı sultanı I Muradı xəncərləyərək öldürüb.

Hadisə barədə iki versiya var. Biri belədir ki, Sultan Murad hərb meydanında əsgərlərinin öldürdüyü meyitlərə baxa-baxa gəzirmiş, birdən meyitlərin içindən ölü zənn edilən yaralı bir serb əsgəri ayağa qalxıb, onun üstünə atılıb və sultana iti xəncərlə zərbələr endirib. Sultan Muradı öz çadırına aparıblar, amma aldığı yaradan ölüb. Miloş Obiliç kimi qələmə verilən düşmən cəngavərini isə sultanın əsgərləri öldürüb.

İkinci versiya belədir ki, hərb meydanında məğlub olan və qaçaraq canını qurtarmağa çalışan serb sərkərdələr bir-birini günahkar tutmağa çalışarkən hökmdar Lazarın kürəkəni Miloş Obiliçin də üstünə şübhə kölgəsi düşüb və o, nə qədər vətənpərvər olduğunu sübut etməkdən ötrü Sultan Muradın əsgərlərinə təslim olaraq onun hüzuruna aparılmasını istəyib, orada fürsətdən yararlanaraq sultana hücum edib.

Bu tarixi hadisəylə bağlı birmənalı rəy və mötəbər mənbə yoxdur. Sultan Murada hücum edən əsgərin gerçəkdən Miloş Obiliç olması dəqiq deyil. Ola bilər ki, sultana tamam başqa bir əsgər hücum edib. Sultanı yaraladıqdan sonra onu dərhal öldürüblər və kimliyi naməlum qalıb, nəşi isə qurda-quşa yem edilib.

Hər halda ikinci versiyanın da zəif yeri odur ki, düşmənin əsir götürülmüş cəngavərini sultanın hüzuruna yaraq-yasaqlı buraxmazdılar ki, o da asanlıqla xəncər işlətsin.

İkincisi, yaralı bir döyüşçünün cantaraq və hünərvər sultana hücum edərək xəncərləməsi də inandırıcı deyil. Ona görə də bəzi məxəzlərdə həmin şəxsin sultana qəfildən və arxadan hücum etməsi bildirilir. Bu daha dəqiq versiyaya oxşayır. Təbii ki, serb prizmasından işğalçı bir ordunun baş sərkərdəsini xəncərləmək qəhrəmanlıq aktı sayıla bilər. Osmanlı prizmasından isə bu, fatehin xaincəsinə öldürülməsidir.

O da ola bilər ki, Lazar sonradan bu hadisəni öz qohumunun - hərb meydanında öldürülmüş Miloş Obiliçin adına çıxarıb – həm “qəhrəmanlığı” özününküləşdirib, həm də bundan məğlub serblərin təsəllisi üçün yararlanıb. (Məğlub tərəfdə belə bir psixoloji ehtiyac olur ki, xırda bir qələbədən böyük qəhrəmanlıq dastanı düzəldib, onun arxasında özlərinə təsəlli versinlər, zorlanmışlıq psixolojisindən xilas olsunlar).

Ən ümdəsi Miloş Obiliç haqqında dastanlar əsasən 16-cı əsrdə (hadisədən təxminən 150-200 il sonra) geniş yayılmağa başlayıb (görünür, həmin vaxt da serblərin bu kimi qəhrəmanlıq dastanlarına ehtiyacı olub) və günümüzə qədər gəlib çatıb. İndi uzaq Yeni Zelandiyada bir nəfər çıxır, özünü islam-türk yürüşlərinə qarşı cəngavər rolunda görür, Miloş Obiliçin adını anmaqla onun yolunda olduğunu nümayiş etdirir.

I Murad isə sultan Osman Qazinin oğlu, məşhur Osmanlı sultanı Yıldırım Bəyazidin atasıdır. Qətlə yetirildiyi gün onun hərb meydanında mühafizəsiz gəzdiyi, vəziri ilə söhbət etdiyi bildilir. Guya elə meyitlərin arasında uzanmış, üz-gözünü qana bulamış qatil də onların söhbətindən anlayıb ki, sultan odur.

Axtarsaq, bütün xalqların tarixində bu cür qəhrəmanlaşdırılmış şəxslər var. Döyüşçülərdən bir nəfər seçilir, başqalarının etdiyi qəhrəmanlıqlar da onun adına yazılır, adamı simvola çevirirlər, tərifini ərşə-gürşə qaldırırlar, heykəlini qoyurlar, məzarını (bəzən məzar da əsl olmur, simvolik olur) ziyarətgaha çevirirlər.

Bizim da düşmən sərkərdəsini bir həmlə ilə öldürən tarixi şəxsiyyətimiz olub – Bakı xanı Hüseynqulu xan. O, Gəncədən sonra Bakını işğal etməyə gəlmiş, Gəncə hökmdarı Cavad xanın qatili Sisianovun başını indiki qoşa Qala qapısının ağzında kəsib. Ola bilər ki, burada da bir az şişirtmə var. Çünki xəncər nə qədər iti olsa da, atlı bir adamın digər atın üstündəki adamın başını bir göz qırpımında kəsib məcməyiyə qoyması və aradan çıxması müşkül məsələdir. Hər halda işğalçı Sisianovun Bakıda öldürülməsi faktdır.

I Muradın da Kosovoda öldürülməsi faktdır. Görünür, uzun illər Osmanlının hərbi yürüşlərindən əziyyət çəkmiş, türklərə boyun əyməyə məcbur olmuş serblər də bu faktla özlərinə təskinlik verirlər.

Yeni Zelandiyadakı qətliamda Miloş Obiliçin adını anan terrorçu Tarrant da əslində müasir həyata tarix prizmasından baxdığını, bilgili olduğunu, indiki dini, milli inqtriqaların tarixi kökə dayandığını və bunun dünya durduqca davam edəcəyini göstərib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı