Rusiyada yeni bir araşdırma : "Bu gün cəmiyyətdə hansı qruplar arasında münaqişə daha kəskindir?" sualı verildi. Elmlər Akademiyası nəzdində olan Sosiologiya İnstitutunun sorğusuna verilən cavablarda Ukrayna ilə yanaşı, “oliqarxlar” məsələsi də ön plana çıxır.
Ednews rusturk nəşrinə istinadən xəbər verir ki, iştirakçıların 35,1 faizi bəyan edir ki, ən kəskin münaqişə “Rusiyanın Ukrayna siyasətini dəstəkləyən və ona qarşı çıxanlar” arasındadır.
Birdən çox variantın seçilə biləcəyi sorğuda ikinci cavab 31,5 faizlə “Oliqarxlarla cəmiyyət arasında”dır.
Ən kəskin qarşıdurmanın “hakimiyyətlə xalq” arasında olduğunu düşünənlərin nisbəti yüzdə 21. 2005-ci ildə aparılan oxşar araşdırmada bu nisbət yüzdə 35-dir.
Digər tərəfdən, 2005-ci ildən 2023-cü ilə qədər “varlı-kasıb münaqişəsi” cavabını verənlərin nisbətinin 55 faizdən 26 faizə enməsi diqqət çəkir.
Xəyal Ramiz