Dünya səyyahı öz elektromobili ilə Azərbaycana gələcək.
Ednews xəbər verir ki, İspaniyalı məşhur səyyah Rafael de Mestre öz elektromobili ilə Azərbaycana gələcək.
O, sosial şəbəkə platforması üzərindən bildirib ki, mart ayında ABŞ, Kanada və Çinə səfər etmiş səyyah Qazaxıstana gəlib və Azərbaycana səfər etmək niyyətindədir.
2024-cü ilin Azərbaycanda "Yaşıl Sülh naminə həmrəylik İli" elan edilməsi və Bakı BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasını qəbul etməyə hazırlaşdığı üçün elektromobillərin səfiri Rafael de Mestrenin ölkəmizə gəlişinin xüsusi rəmzi mənası var.
Əkbər