Hörmüz boğazı Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır.
Bəs niyə görə Hörmüz boğazı bu qədər əhəmiyyətlidir?
Hörmüzü strateji və əhəmiyyətli edən 5 əsas faktor
1. Yaxın Şərqin neft yataqlarını Asiya, Avropa və Şimali Amerika bazarları ilə birləşdirən əsas dəniz yollarından biri hesab olunur.
2. Dünya neftinin təxminən 20%-i Hörmüz boğazından axır ki, bu da onu qlobal enerji təhlükəsizliyi üçün kritik edir.
3. Boğaz mühüm strateji əhəmiyyətə malikdir və mütəmadi olaraq İran, eləcə də ABŞ və müttəfiqlərinin hərbi təlimlərinə ev sahibliyi edir.
4. İran və İsrail arasında münaqişə yaranarsa, boğaz bağlana bilər ki, bu da neftin qiymətinin dərhal artmasına və qlobal iqtisadiyyata zərbə vura bilər.
5. Baş verəcək hansısa bir münaqişə də müddətindən və intensivliyindən asılı olaraq Qlobal ÜDM 5-10% azala bilər.
Xəyal Ramiz