Natalya Quliyeva
Eurasia Diary siyasi analitik, Ukraynanın Fridrix Nauman Fondunda layihə meneceri Vladimir Olıyniklə müsahibəni sizə təqdim edir:
- Ukrayna prezidenti Poroşenko və Türkiyə prezidenti Ərdoğanın görüşünün yekunlarını necə qiymətləndirirsiniz? Əsas məqamlar hansılar idi?
- Ərdoğanın Ukraynaya səfəri Türkiyə və Rusiyanın son zamanlarda yaxınlaşması fonunda əhəmiyyətli hadisə sayılır. Bundan əlavə Ərdoğan Poroşenko ilə iki dövlətin Strateji Şurasının altıncı iclasında iştirak etdi. Prezidentlərin təkbətək görüşü planlaşdırıldığı kimi 45 dəqiqə yox üç saat çəkdi. Ərdoğan Ukaynanın digər rəsmiləri ilə də görüşlər keçirdi. Bir sıra ikitərəfli sənədlər imzalandı. Poroşenko qeyd etdi ki, son yarım ildə iki ölkə arasında ticarət dövriyyəsi 20% artıb. Ərdoğan birmənalı olaraq, Türkiyənin heç vaxt Krımın ilhaqını tanımayacağını vurğulayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Əlbəttə Ərdoğanın Poroşenko ilə birlikdə iştirak etdiyi mətbuat konfransında yuxulu olması barədə zarafat etmək olar, lakin türk prezidentinin səfərinin real nəticələri kimi xeyli vacib məsələ var.
- Ujqoroddakı macar diasporasının nümayəndələri ilə görüşdə Macarıstan XİN rəhbəri Peter Siyartonun bəyanatını da qeyd etməliyik. Nazir bildirib ki, “Formalaşmaya dair” yeni qanun Ukrayna və Aİ arasında birliyə dair razılaşmanın prinsiplərini pozur. Macarıstan Ukraynanın Aİ-ə daxil olmasına mane ola bilərmi?
- Belə ehtimal yalnız nəzəridir. Təscrübəyə əsasən isə yaxın vaxtda gözlənilməyən bir şeyə mane olmaq çətindir. Belə ki, yaxın 10-15 ildə Ukrayna Aİ ilə yaxınlaşmaya hazır deyil. O zamanadək Macarıstanda indiki rejimin hakimiyyətdə qalıb qalmayacağı isə çətin sualdır. Bu lap Molla Nəsrədiinin əmir və onun uzunqulağı haqqındaki hekayəsinə bənzəyir. Aydındır ki, bu macar rəhbərliyinin çox kəskin mövqeyi gələn il Macarıstanda keçiriləcək seçkilər öncəsi əksəriyyətinin macar vətəndaşlığı olan və seçkilərdə iştirak edə biləcək Ukrayna macarlarını öz tərəfinə çəkmək istəyilə bağlıdır. Ukraynada bunu çox gözəl başa düşürlər.
- Oktyabrın 8-də Tbilisidə GUAM-ın yaradılmasının 20-ci ildönümü münasibətilə görüş keçirildi və yekun olaraq dörd dövlətin xarici işlər naziri birgə kommünike imzaladı. Üzv dövlətlərin təşkilat daxilində əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Moldovanı təşkilatın passiv üzvü və belə desək, “zəif bəndi” olduğunu düşünürsünüzmü?
- GUAM Ukraynada regionda siyasi təsir qüvvəsinə malik oyunçu hesab edilmir. Rusiyanın zorakılıq siyasəti şərtlərini və bu zaman ən azından onun iki üzv dövləti – Gürcüstan və Azərbaycanın GUAM-a xüsusi simpatiyası olmayan şimal qonşusunun mövqeyinə həssaslıqla yanaşdığını nəzərə alsaq GUAM-ın effekti sıfıra yaxındır. Moldovada isə hazırda Rusiyaya münasibətdə hökumət və prezident arasında daxili münaqişə yaşanır. Ona görə də GUAM Ukraynada faydalı təşkilat - öz övladı kimi baxılır və onun dağılmamasında maraqlıdır. Təşkilat üzv dövlətlərinin təbii müttəfiq və tərəfaş olduğuna görə gələcəkdə lazım ola bilər. Belə bir əlamətdar günü necə qeyd etməyəsən?